Azərbaycan
İraq üçün mühüm tərəfdaşdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
24-də İraq Respublikasının neft naziri İhsan
Əbdül Cabbarı qəbul edib.
Nazir
vurğuladı ki, İraqın Baş naziri Azərbaycanın
ölkəsinə göstərdiyi dəstəyə görə
dövlətimizin başçısına minnətdarlığını
çatdırıb və bildirib ki, İraq da öz növbəsində
Azərbaycana dəstəyini ifadə edir.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycanla
İraq arasında siyasi əlaqələrin çox
yaxşı səviyyədə olduğu qeyd edildi, enerji
sektorunda Azərbaycanın İraq üçün
mühüm tərəfdaş olduğu bildirildi. Qeyd edildi ki,
ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq
həyata keçirir. Bildirildi ki, İraq daha çox Azərbaycan
şirkətinin ölkə iqtisadiyyatında iştirakında
maraqlıdır.
Söhbət
zamanı dövlətimizin başçısı tərəfindən
COVID-19-la mübarizədə İraqa göstərilən dəstək
də yüksək qiymətləndirildi.
Görüşdə
Ermənistan tərəfindən torpaqlarımızın
işğalı dövründə İraqın hər zaman
Birləşmiş Millətlər Təşkilatında,
İslam Əməkdaşlıq Təşkilatında və
digər beynəlxalq formatlarda Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi istiqamətində
haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq
ifadə olundu.
Söhbət
zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər
sahələrdə də əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğu bildirildi.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.1.