Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib

 

 

Bakıda “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransın əsas tərəfdaşları Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişafİctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzidir.

 

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov post-COVID dövrünün pandemiyadan əvvəlki dövrdən təkcə sosial davranışların dəyişməsi ilə deyil, texnologiyaların həyatımızda əvvəlkindən daha çox rol oynaması ilə fərqlənəcəyini bildirib. Qeyd edib ki, bu səbəbdən bütün sahələr post-COVID dövrünə hazır olmalı, öz fəaliyyətlərini yeni şəraitə uyğun dizayn etməlidir. Təhsil hər zaman bəşəriyyəti irəli aparan, inkişafı təmin edən lokomotiv rolunu oynayıb. Bu səbəbdən post-COVID dövründə 4-cü sənaye inqilabı perspektivindən təhsilin necə olması məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda aqrar təhsilin inkişaf etdirilməsi hər zaman prioritet sayılır. Aqrar kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək deyib ki, 4-cü sənaye inqilabının mahiyyətində rəqəmsal transformasiya dayanır: “Rəqəmsal transformasiya bütövlükdə davranış qaydalarının, oyun qaydalarının dəyişməsi, yeni strategiya deməkdir. Rəqəmsal transformasiya insanlarda öz məqsədlərinə çatmaq üçün tamamilə yeni formaların, vərdişlərin formalaşması demədir. “İnsanlar buna hazırdırmı” sualına cavab versək görərik ki, bu məsələdə ciddi bir konservativlik var. Dünyada rəqəmsal transformasiyada ən ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü sənaye inqilabı perspektivindən dizaynı vacibdir”.

 

Nəqliyyat, rabitə yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, konfransda müzakirə olunan mövzu hər kəsi düşündürür: “Yeniliklərə açıq olmaq vacibdir. Dünyada buna yeni bilikləri öyrənmək deyirlər. Biz artıq universitetdən çıxdıqda bizim universitetdə aldığımız biliklər köhnəlmiş olur. Universitetin bu gün bizə verəcəyi ən böyük bilik, bacarıq, qabiliyyət yəqin ki, öyrənmək olacaq. Bizim yeni situasiyalara dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir. Çünki rəqəmsal transformasiya dövründə bir gənc öz yerini, öz bilik bacarığını bir neçə dəfə dəyişmiş olacaq”.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Azərbaycan öz sosial dövlət konsepsiyasını elan edib: “COVID dövründə Azərbaycanda distant işə, virtual işə, frilans işə ehtiyac artdı. Post-COVID dövrü isə insanların artıq öyrəşdiyi bu davranışların davamı ilə gələcək. 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya yeni peşələrə ehtiyacı artırdı. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təxminən 15 faizinə tələbat kəskin aşağı düşəcək və yeni yaranmış peşələrə ciddi ehtiyac yaranacaq. Bu peşə ehtiyaclarını və bu qəbildən olan digər məsələləri nəzərə almaq hər bir dövlətin qarşısında duran əsas əsas çağırışlardan biridir. Bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyacımız var”.

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, istənilən sahədə təhsil hər zaman xüsusi önəmə sahib olub: “Təhsil imkanlarının genişləndirilməsi və müasir çağırışlara cavab verməsi cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sahəsində də ixtisaslı kadrlara ciddi ehtiyac var. Ölkə rəhbərliyi hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirib. İstər müəllimlərin, istər tələbələrin, istərsə də bütün təhsil alanların sürətlə dəyişən dünyamıza uyğun bilik və bacarıqlarla təmin olunması əsas məqsədimiz olmalıdır”.

 

Təhsil nazirinin müavini İdris İsayev müzakirə olunan mövzunun çox aktual olduğunu deyib: “Pandemiya dövründə onlayn tədrisin aparılması həm təhsil verənlər, həm də təhsil alanların rəqəmsal bacarıqlarının artmasına səbəb oldu. Bu, postpandemiya dövründə də mövcud yanaşmanın davam etməsinə bir stimul olub. Pandemiya dövründə müşahidə olunan müsbət tendensiyalar postpandemiya dövründə də davam edəcək. Bu auditoriyada rəqəmsal bacarıqlarını fərqli şəkildə və məkanlarda əldə etmiş, fərqli tətbiqləri bacaran insanlar var. Bu bacarıqların əldə olunması, yenidən inkişaf etdirilməsi, onların ömür boyu öyrənmə zəncirinin tərkib hissəsinə çevrilməsi, eləcə də rəqəmsal iqtisadiyyatın tələbləri ilə uzlaşdırılması vacib məsələlərdən biridir”.

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik konfransın mövzusunun günün çağırışlarına uyğun gəldiyini deyib. O bildirib ki, bilik və bacarıqların texnologiyaların imkanları ilə uzalşdırılması rəqabət mühitində əlavə üstünlük qazandırır. Rəqəmsal transformasiya dövründə təhsilin yenidən dizaynı bu səbəbdən vacibdir. İsrail dövlətinin Azərbaycana təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyən səfir vurğulayıb ki, iki ölkənin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi yeni çağırışlara uyğun kadrların hazırlanmasına müsbət təsir göstərəcək.

 

Daha sonra konfrans işini panel sessiyalarda davam etdirib. Panel sessiyalarda dünyanın 20-dən çox ölkəsindən beynəlxalq ekspertlər onlayn formatda çıxış ediblər. İştirakçılar rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya texnologiyalara, əmək bazarına təsiri, “Sənaye 4.0 yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt etika”, “Rəqəmsal dövr: İqtisadiyyat təhsil sisteminə təsirRəqəmsal dövrdə yeni peşələrkimi mövzularda müzakirələr aparıblar. Beynəlxalq spikerlərƏmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü sənaye inqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü sənaye inqilabı Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin artırılması", “Ölkələrarası əməkdaşlıq 4-cü sənaye inqilabı üzrə təşəbbüsü dəstəkləyir" digər mövzularda təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü sənaye inqilabının təsirləri çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

 

 

Azərbaycan.-2021.- 25 sentyabr.- S.6.