Qazaxıstan Parlamenti Məclisinin komitə sədri Milli Məclisdə olub
Sentyabrın 10-da Milli Məclis
sədrinin müavini,
Azərbaycan-Qazaxıstan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə
səfərdə olan
Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə
və təhlükəsizlik
komitəsinin sədri
Aygul Kuspanla görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Milli Məclis sədrinin müavini Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə
malik dostluq əlaqələrinin olduğunu
deyib. Vurğulayıb ki, bu gün ölkələrimizin
ənənəvi dostluq
və qardaşlıq
münasibətlərinin, müxtəlif
sahələri əhatə
edən çoxşaxəli
əməkdaşlıq əlaqələrinin
uğurla inkişaf etməsi təqdirəlayiqdir.
Dövlət başçıları səviyyəsində münasibətlərin
inkişafına xüsusi
əhəmiyyət verilməsi,
yüksək səviyyəli
rəsmi və işgüzar səfərlərin
həyata keçirilməsi
müxtəlif sahələrdə
mühüm addımların
atılmasını və
müsbət nəticələrin
əldə olunmasını
şərtləndirir. Ölkələrimizin qlobal arenada,
beynəlxalq təşkilatlar
səviyyəsində milli
maraqlara dair bütün məsələlərdə
bir-birini dəstəkləməsi
də pozitiv hal kimi xüsusi
önəm daşıyır.
Milli Məclis sədrinin müavini qeyd edib ki, Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun
şücaəti sayəsində
Azərbaycan 44 günlük
Vətən müharibəsində
tarixi Qələbə
qazanaraq 30 illik erməni işğalına
son qoyub. Ölkəmiz ərazi bütövlüyünü
bərpa edib və artıq münaqişə tarixə
qovuşub. O bildirib
ki, Qazaxıstan Parlamenti Məclisinin nümayəndə heyəti
işğaldan azad olunmuş Şuşa
şəhərinə - Azərbaycanın
mədəniyyət paytaxtına
səfər zamanı
reallıqların şahidi
olacaq.
Qonaqlara məlumat verilib ki, bu gün
Azərbaycan dövləti
ermənilər tərəfindən
dağıdılmış Şuşada və digər ərazilərimizdə
geniş bərpa-quruculuq
işləri aparır,
o cümlədən erməni
vandalizminə məruz
qalmış tarixi, dini və mədəni
abidələr bərpa
olunur.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü
bildirən Qazaxıstan
Parlamenti Məclisinin Beynəlxalq əlaqələr,
müdafiə və təhlükəsizlik komitəsinin
sədri Aygul Kuspan Azərbaycanın 44 günlük müharibə
nəticəsində torpaqlarını
işğaldan azad etməsi münasibətilə
təbriklərini çatdırıb.
Azərbaycanın əldə etdiyi
nailiyyətlərdən danışan
qonaq tezliklə azad olunmuş torpaqların bərpa olunacağına əminliyini
ifadə edib. Bildirib ki, qısa müddət
ərzində Füzuli
aeroportunun istifadəyə
verilməsi bunu deməyə əsas verir.
Söhbət zamanı iki ölkənin parlamentləri
arasında münasibətlərin
daha da inkişaf
etdirilməsinin, deputatların
qarşılıqlı səfərlərinin
sayının artırılmasının
vacibliyi qeyd olunub.
Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvləri Etibar Əliyev, Anar Məmmədov, Naqif Həmzəyev, Sadiq Qurbanov, Fatma Yıldırım, Qazaxıstan
parlamentinin deputatları,
Qazaxıstanın ölkəmizdəki
səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak
ediblər.
Azərbaycan.-2021.-
11 sentyabr.- S.3.