Azərbaycan Respublikasında
minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinin,
habelə müharibə
və hərbi əməliyyatların təsirinə
məruz qalmış
digər ərazilərin
minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi
sahəsində əlaqələndirmə
işini gücləndirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. beynəlxalq humanitar minatəmizləmə
standartları nəzərə
alınmaqla, minatəmizləmə
fəaliyyətinə dair
tələbləri üç
ay müddətində təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin
(bundan sonra - Agentlik) təklifləri əsasında Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinin, habelə
müharibə və hərbi əməliyyatların
təsirinə məruz
qalmış digər
ərazilərin (bundan
sonra - ərazilər)
minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından (bundan sonra - minalardan və hərbi sursatdan) təmizlənməsi
sahəsində prioritet
təşkil edən ərazilər nəzərə
alınmaqla minatəmizləmə
üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etsin;
1.3. bu
Fərmanın 2.4-cü bəndində
nəzərdə tutulan
məlumat bazasına daxil ediləcək məlumatların növünü,
həcmini, daxiledilmə
müddətini və
qaydasını üç
ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti (bundan sonra - minatəmizləmə
sahəsində fəaliyyət
göstərən digər
dövlət orqanları)
arasında tapşırıqların
bölgüsünü (bundan
sonra - tapşırıqlar
bölgüsü) həyata
keçirsin, həmçinin
planda nəzərdə
tutulmayan hallarda dövlət orqanlarının
(qurumlarının) müraciəti
əsasında minatəmizləmə
işlərinin təşkili
üçün müvafiq
tədbirlər görsün;
1.5. Agentliyin maddi-texniki təminatını gücləndirmək
məqsədilə zəruri
tədbirlər görülməsini
təmin etsin;
1.6. ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində
görülmüş işlər
barədə mütəmadi
olaraq Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.7. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
2. Agentlik:
2.1. minatəmizləmə sahəsində fəaliyyət
göstərən digər
dövlət orqanlarının,
fiziki və hüquqi şəxslərin,
habelə xarici ölkələrin müvafiq
qurumlarının minatəmizləmə
fəaliyyəti üzrə
mövcud qüvvə
və vasitələri
nəzərə alınmaqla
ərazilərdə minatəmizləmə
fəaliyyətinin hər
növbəti il üçün planlaşdırılmasına
dair təkliflərini
cari il dekabrın
1-dək hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin;
2.2. tapşırıqlar bölgüsünə uyğun
olaraq əlaqələndirilməni,
görülmüş işlərin
icrasının monitorinqini
və bu Fərmanın 1.1-ci bəndində
nəzərdə tutulan
tələblər əsasında
keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin;
2.3. minatəmizləmə sahəsində fəaliyyət
göstərən digər
dövlət orqanlarının
şəxsi heyətinin
bu Fərmanın
1.1-ci bəndində nəzərdə
tutulan tələblərə
uyğun olaraq ixtisasının artırılması
ilə bağlı tədbirlər görülməsini
təmin etsin;
2.4. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq bu Fərmanın 1.3-cü bəndində
nəzərdə tutulan
məlumatlara dair elektron məlumat bazasının (bundan sonra - məlumat bazası) dörd ay müddətində formalaşdırılmasını,
eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi
yenilənməsini və
emalını təmin
etsin;
2.5. tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları:
3.1. minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər;
3.2. minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər;
3.3. aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər:
3.3.1. məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;
3.3.2. tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;
3.3.3. minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr
2021-ci il
Azərbaycan.-2021.- 17 sentyabr.- S.2.