Prokurorluq beynəlxalq əlaqələrini müasir tələblər çərçivəsində qurur

 

 

 

“Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”

 

 Heydər ƏLİYEV

 

 

Müstəqil dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, ölkədaxili sabitliyin təmin olunması, dövlətin iqtisadi, siyasi və hüquqi əsaslarının qurulması, Milli Ordunun yaradılması və formalaşdırılması, beynəlxalq münasibətlərin və mədəni əlaqələrin inkişafı Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına olan sarsılmaz bağlılığının, sevginin qüdrətindən irəli gələn əvəzsiz və misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Azərbaycanın qısa müddətdə müstəqil dövlət olaraq tanınması və xarici ölkələrlə müvafiq sahələrdə müqavilələrin bağlanması həmin dövr üçün zəruri xarakter daşıyırdı. Xarici siyasətin başlıca prinsipləri isə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında öz əksini tapmışdır.

Ümummilli Liderin uzaqgörən siyasəti prokurorluğun funksiyastatusuna yenidən baxılması, xalqın və dövlətçiliyin maraqlarının qorunması, qanunun aliliyinin təmin olunması və prokurorluğun fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanan islahatların aparılmasına təkan verdi. Azərbaycan Prokurorluğunun bu baxımdan inkişafı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir.

“Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdırdeyən Prezident 2020-ci il mayın 1-də baş prokuror Kamran Əliyevi qəbul edərkən onun 30 ildən çox prokurorluq orqanlarında işlədiyi, o cümlədən son 6 il ərzində baş prokurorun müavini vəzifəsində çalışdığı müddətdə əldə etdiyi təcrübəyə və peşəkarlığa istinad edərək prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və geniş miqyasda ehtiyac duyulan islahatların dərinləşməsi istiqamətində daha müsbət nəticələr əldə ediləcəyinə ümid etdiyini bildirmişdir. Dövlət başçısı həmçinin ölkədə aparılan genişmiqyaslı islahatların, o cümlədən siyasi dialoqların müsbət təzahürlərinə əsaslanaraq siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi və münasibətlərin sağlam zəmində qurulmasına yönələn önəmli addımları qeyd edərək Azərbaycanda heç kimin öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməli olduğunu qətiyyətlə ifadə etmişdir.

Prezident ölkədə aparılan iqtisadi islahatların inkişafına toxunaraq, bu sahədə də şəffaflığın, dürüstlüyün müsbət nəticələr verdiyini vurğulamış, bunun da sosial sahədə geniş-miqyaslı proqramların həyata keçirilməsinə, insanların sosial vəziyyətinin yaxşılaşmasına imkan yaratdığını qeyd etmişdir. Bütün bunlar göstərir ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Prokurorluq orqanları üçün də əsas məqsədlərdən biri məhz bu olmalıdır və bütün işlərdə bu amil əsas kimi dəyərləndirilməlidir.

Dövlət başçısı aparılan kadr islahatlarına da diqqəti cəlb edərək, dünyada siyasiiqtisadi sahələrlə yanaşı, beynəlxalq müstəvidə də müasir yanaşmaların olmasının zəruriliyini ifadə etmiş, bu istiqamətdə hüquq mühafizə orqanlarında daha geniş  islahatların aparılmasının başlıca şərt olduğunu nəzərə çatdıraraq bu sahədə baş prokurorun üzərinə böyük vəzifələr düşdüyünü vurğulamışdır. Prezident bir daha xatırlatmışdır ki, ilk növbədə, ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi təmin edilməlidir: “Bu amillər bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri üçün əsas istiqamət olmalıdır ki, hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Vacib sahələrdən biri korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir. Bu kimi cinayətlər cəmiyyətimizin əsaslarını sarsıdan çirkin addımlardır. Ona görə də prokurorluq orqanları bu işdə ön sırada olmalı və qanunun aliliyini təmin etməlidir, - bu da Prezidentin hüquq mühafizə orqanları, o cümlədən prokurorluq qarşısında qoyduğu vacib tələbdir.

Prezidentin baş prokuroru qəbul edərkən etdiyi çıxışında ölkənin bütün hüquq mühafizə orqanlarına ünvanlanan proqram xarakterli göstəriş və tövsiyyələrindən il yarım müddət keçmişdir. Bu müddət ərzində ölkə miqyasında bütün sahələrdə, o cümlədən hüquqi sahədə görülən çoxşaxəli işlər, aparılan çevik və təxirəsalınmaz islahatlar zəminində qazanılan uğurlar, ən başlıcası, təcavüzkar düşmən üzərində tamparlaq qələbə Azərbaycan tarixinin ən qüdrətli və şərəfli dövrünü əhatə edir. Azərbaycanın prokurorluq orqanları üçünqürurverici olan bu dövrdə dövlət başçısının göstəriş və tövsiyələrindən irəli gələn istiqamətlərdə çoxsaylı işlər görülmüşdür.

Qarşıda qoyulan məqsədə nail olmaq, prokurorluğun nüfuzunu yüksəltmək, müasir cəmiyyətin tələblərinə cavab verən peşəkar kadr korpusunu formalaşdırmaq məqsədilə dövlət başçısı İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılmışdır. Daha çevik, mobildinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, mərkəzi aparatın, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Hərbi və Bakı şəhər prokurorluqlarının strukturunda yeniliklər edilmişdir. Həmçinin idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsi ilə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq İdarəsi yaradılmışdır.

İşə qəbul müsabiqələrində yüksəkixtisaslı və müasir bilik və intellektə malik gənc kadrların seçilməsi və yerləşdirilməsinə üstünlük verilməsi, əməkdaşların peşə hazırlığının və etik səviyyəsinin yüksəldilməsi, statusundan asılı olmayaraq hər bir prokurorluq əməkdaşının ünsiyyətdə olduğu vətəndaşların hüquqlarına hörmətlə yanaşma, sui-istifadə, rüşvət və digər korrupsiya elementlərinə qarşı barışmaz mövqe və digər mənəvi dəyərlərin aşılanmasına nail olmaqla müasir meyarlara və tələblərə diqqət artırılmışdır.

Baş Prokurorluğun rəhbərliyi aidiyyəti məsələlərin beynəlxalq səviyyəli müzakirələrdəki çıxışlarında ölkədə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirlərinin həyata keçirilməsi, bu istiqamətdə genişmiqyaslı islahatların aparılması, o cümlədən korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumların fəaliyyəti barədə məlumat vermiş, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Eləcə də ölkəmizdə demokratikhüquqi dövlət quruculuğu sahəsində görülən qlobal işlər barədə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazasının formalaşdırılması, korrupsiyaya qarşı mübarizədə prinsipial mövqe ifadə edən normativ-hüquqi aktstrateji fəaliyyət planlarının səmərəli tətbiqi barədə müfəssəl məlumat vermişdir.

Yerinə yetirilən funksional vəzifələr çərçivəsində Baş Prokurorluq rəhbərliyinin bilavasitə iştirakı ilə beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsinə yönələn çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən görüşlər, qəbullar təşkil edilmişdir. Azərbaycan prokurorluğunun təmsil olunduğu beynəlxalq tədbirlərdə müzakirə predmeti olan məsələlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində davam edən əsassız torpaq iddialarının əsl mahiyyəti, milli-etnik zəmində azərbaycanlılara qarşı törətdiyi qırğınlar, terror aktları, Azərbaycanın dünya tərəfindən tanınmış ərazilərini işğal etməsi, BMT-nin məlum qətnamələrinə məhəl qoymaması və nəhayət, sülh danışıqlarından imtina etməklə Azərbaycan torpaqlarının işğalını davam etməkdə israrlı olduğu üçün dövlətimizin öz hərbi gücü ilə işğal altındakı ərazilərini azad etməsindən danışılmışdır.

 Beynəlxalq səviyyəli görüşlərin, həyata keçirilən səfərlərin hər biri Azərbaycanın prokurorluq orqanlarının nüfuz dairəsini genişləndirmişdir. Prokurorluğun rəhbərliyi tərəfindən beynəlxalq təşkilatların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin, insan hüquqlarının müdafiəsi sahəsində çalışan və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qəbulu, qarşılıqlı münasibətlərin qurulması və inkişafı istiqamətində görülən tədbirlərin mahiyyəti prokurorluğun təkcə ittihamedici orqan kimi deyil, ümumbəşəri insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə, ümumxalq mənafeyinə xidmət edən fəaliyyətinin təzahürü olduğuna dəlalət edir.

İştirakçısı olduğu bütün beynəlxalq tədbirlərdə və görüşlərdə, eləcə də xarici həmkarlarına və beynəlxalq təşkilatların rəhbərlərinə ünvanlanmış müraciətlərində baş prokuror Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar aparılan ərazidən xeyli uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı Azərbaycanın qədim və böyük şəhərləri olan Gəncə, Bərdə, Tərtər, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Elektrik Stansiyası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk neft kəmərlərinin beynəlxalq səviyyədə qadağan olunmuş smerç kaset bombalarından və Skad raket qurğularından istifadə etməklə atəşə tutması nəticəsində uşaqlar və qadınlar daxil olmaqla çoxlu sayda mülki şəxslərin həlak olması, yüzlərlə mülki vətəndaşın ağır dərəcəli xəsarətlər alması, minlərlə evə və mülki obyektə ciddi ziyan vurulması barədə də geniş məlumat vermişdir.

27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistanın Cenevrə konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri kobud surətdə pozmaqla dinc əhaliyə qarşı törətdiyi təxribatlar, həmçinin Ermənistan tərəfinin törətdiyi hərbi və müharibə cinayətləri nəticəsində həlak olmuş insanlar, vətəndaşlara və dövlətə vurulmuş ziyan barədə baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dövlətimizi təmsil edən MDB-nin iştirakçısı olan ölkələrin baş prokurorlarının Əlaqələndirmə Şurasının 8 oktyabr 2020-ci il tarixli videokonfrans formatında keçirilən 30-cu iclasında, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 20 oktyabr 2020-ci il tarixində videokonfrans formatında keçirilən 18-ci iclasında, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla, Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlubir sıra digər xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı ətraflı məlumat verilmişdir. Müharibə dövrü ərzində Prezident Administrasiyası və Baş Prokurorluğun rəhbərliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlikləri rəhbərlərinin, yerlixarici media qurumlarının iştirakı ilə brifinqlər keçirilmişdir.

Ermənistan silahlı qüvvələri və siyasi hərbi rəhbərliyi tərəfindən törədilən cinayət faktları üzrə 70-dən çox cinayət işi başlanmış və hazırda da həmin cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılaraq xarici dövlətlərlə bu istiqamətdə hüquqi yardım sahəsində əməkdaşlıq davam etdirilir.

II Qarabağ müharibəsi zamanı prokurorluğun fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilərək 31 dekabr 2020-ci il tarixli sərəncamla 38 nəfər prokurorluq əməkdaşı müxtəlif ordenmedallarla təltif edilmişlər.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının cinayətkarlıqla mübarizə sahəsində xarici dövlətlərin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə  səmərəli qarşılıqlı işgüzar əməkdaşlıq münasibətləri mövcuddur. O cümlədən Azərbaycan prokurorluğu cinayətkarlıqla mübarizə, qarşılıqlı hüquqi yardım, ekstradisiya məsələləri sahəsində sıx əməkdaşlıq münasibətlərini qardaş Türkiyə Respublikası ilə uğurla davam etdirir. Cari ilin fevral ayının 17-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə may ayının 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Səfər çərçivəsində qarşılıqlı hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə 31 may tarixində anlaşma memorandumu imzalanmışdır.

2021-ci il yanvarın 12-də Rusiya Federasiyasının baş prokuroru İqor Krasnovun dəvəti ilə, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyətinin Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərində iştirakı, Azərbaycan və Rusiya prokurorluqları arasında 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramının imzalanması, aprel ayında isə İqor Krasnovun Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilməsi iki ölkənin prokurorluq orqanları arasında sıx əməkdaşlıq münasibətlərinin təzahürüdür.

Müstəqil Azərbaycan Respublikasının Prokurorluğu bu günə kimi çoxsaylı dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq münasibətləri quraraq saziş, əməkdaşlıq proqramları və anlaşma memorandumlarının imzalanmasına nail olmuşdur.

Cinayətkarlıqla mübarizədə dünya prokurorlarının səylərinin birləşdirilməsində Beynəlxalq Prokurorlar Assosiasiyası mühüm rola malikdir. 1997-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun həmin təşkilatın üzvlüyünə qəbul edilməsi, 2018-ci ilin sentyabr ayında hələ baş prokurorun müavini vəzifəsində çalışan Kamran Əliyevin həmin təşkilatın vitse-prezidenti vəzifəsinə seçilməsi dövlətimizin mütəşəkkil transmilli cinayətkarlıqla mübarizə sahəsində uğurlu siyasətinin təcəssümüdür.

Cari ilin 4-5 may tarixlərində Niderlandın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında 51-ci iclası zamanı assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayında Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Bakı şəhərində keçirilməsinə dair təklif irəli sürülmüş və bu təklif yekdilliklə qəbul edilmişdir. Bu da Azərbaycan Respublikasının prokurorluq orqanlarının nüfuzunun beynəlxalq aləmdə yüksəlməsini özündə əks etdirən qürurverici hadisədir.

Bu günekstradisiya, hüquqi yardım və digər sahələr üzrə beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edən prokurorluq orqanları tərəfindən əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi uğurla davam etdirilir.

Bu gün COVID-19 virusunun yayılmasının qarşısının alınması, vətəndaşların həyat və sağlamlıqlarının qorunması məqsədilə prokurorluq orqanları tərəfindən qüvvədə olan sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması faktları ilə bağlı cinayət təqibi həyata keçirilir. COVID-19 pandemiyası digər sahələrdə olduğu kimi, xüsusilə ekstradisiya məsələlərində çətinliklər yaratdığı bir zamanda prokurorluq tərəfindən digər aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülərək cinayət törətmiş və istintaqdan qaçıb gizlənmiş, barələrində həbsli axtarış elan olunmuş bir sıra şəxslərin Azərbaycana ekstradisiya olunmaları təmin olunmuşdur. Hazırda bu istiqamətdə zəruri tədbirlər davam edir.

 

 

 

Erkin ƏLİXANOV,

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq  idarəsinin rəisi, baş ədliyyə müşaviri

Azərbaycan.-2021.- 17 sentyabr.- S.7.