Birinci vitse-prezident Mehriban
Əliyeva Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
xalqımızı təbrik edib
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31
Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
xalqımızı təbrik edib.
AZƏRTAC
xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın
rəsmi “Instagram” səhifəsində bununla bağlı
etdiyi paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi 31 Dekabr
– Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il
yaddaşımıza Şanlı Zəfər ili
kimi əbədi həkk olunacaq.
Bu Zəfərin qazanılmasında
xalqımızın sarsılmaz birliyi, həmrəyliyi,
qətiyyəti və iradəsi müstəsna rol
oynayıb. Qoy bütün
məsələlərin öhdəsindən uğurla
gəlməyimizə imkan yaradan
birliyimiz günü-gündən möhkəmlənsin!
Uca Tanrıdan hər birinizə möhkəm
cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə
- sülh, əmin-amanlıq və tərəqqi
diləyirəm!”.
Azərbaycan.-2020.- 6 yanvar.- S.1.