“1941-1945-ci
illər Böyük Vətən
müharibəsi iştirakçılarına, İkinci
Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin mühasirəsi
zamanı şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş və
“Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş
nişanı ilə təltif edilmiş
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə qərara alıram:
1. “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 708; 2013, ¹ 12, maddə 1601; 2014, ¹ 4, maddə 437; 2016, ¹ 1, maddə 133; 2018, ¹ 4, maddə 747; 2019, ¹ 4, maddə 708; 2020, ¹ 8, maddə 1064) 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2020-ci il
Azərbaycan.-2020.- 6 yanvar.- S.4.