Ümumi səbəblərdən
I dərəcə gözdən əlilliyi olan
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində tədbirləri
davam etdirmək məqsədilə qərara
alıram:
1. Ümumi səbəblərdən
I dərəcə gözdən
əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü təsis
edilsin və onun aylıq məbləği 210 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın
1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası
Prezidentinin təqaüdünü
dövlət büdcəsində
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
nəzərdə tutulmuş
xərclər hesabına
həmin nazirlik ödəyir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
4. Bu Fərman 2021-ci il
yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.4.