Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 2005-ci il 14
iyul tarixli 258 nömrəli
və “Şəhid ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli
493 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində tədbirləri
davam etdirmək və bu tədbirlərin
əhatə dairəsini
daha da genişləndirmək
məqsədilə qərara
alıram:
1. “Azərbaycanın Milli Qəhrəmanı adı
verilmiş şəxslərə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 7, maddə
594; 2008, ¹ 5, maddə 373; 2013, ¹ 8, maddə 897; 2016, ¹ 10, maddə
1627; 2017, ¹ 5, maddə 770; 2018, ¹ 2, maddə 207; 2019, ¹ 5, maddə
847; 2020, ¹ 8, maddə 1037) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə
“1500 (min beş yüz)” sözləri
“1800 (min səkkiz yüz)”
sözləri ilə əvəz edilsin;
1.2. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.1. dul arvadına
(ərinə), valideynlərinə;”;
1.3. aşağıdakı
məzmunda 2.1-1-ci və
2.1-2-ci bəndlər əlavə
edilsin:
“2.1-1. 18 yaşına çatmamış
(peşə təhsili,
orta ixtisas təhsili, ali təhsil müəssisələrində
və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alanlara isə həmin təhsil müəssisələrini və
elmi təşkilatın
magistratura səviyyəsini
bitirənədək, lakin
ən çoxu 23 yaşına çatanadək),
yaxud 18 yaşına çatanadək sağlamlıq
imkanlarının məhdudluğu
müəyyən olunmuş
18 yaşından yuxarı
əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə
olunan qardaş və bacılarına;
2.1-2. birinci növbədən digər qohumları olmayan baba və
nənələrinə.”.
2. “Şəhid ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü”nün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
19 dekabr tarixli 493 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 12, maddə 1040; 2010, ¹ 9, maddə 771; 2011, ¹ 12, maddə
1139; 2013, ¹ 8, maddə 896; 2016, ¹ 1, maddə 64; 2018, ¹ 5, maddə
936; 2019, ¹ 1, maddə 91) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1-ci hissədə
“300 (üç yüz)”
sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;
2.2. 2.2-ci bəndə “ailəsinə” sözündən sonra “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu
Fərman 2021-ci il yanvarın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.4.