“Əfqanıstanda
sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən
həlak olan, itkin düşmüş və məhkəmə
qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri
üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində tədbirləri
davam etdirmək məqsədilə qərara
alıram:
1.
“Əfqanıstanda sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan,
itkin düşmüş və məhkəmə qaydasında
ölmüş elan edilən hərbi qulluqçuların
ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 8, maddə 962; 2018, ¹ 4, maddə 670; 2019, ¹ 2, maddə 235) 1-ci hissəsində “300 (üç yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu
Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.4.