“Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES- qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə  əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 3, maddə 249; 2016, ¹ 1, maddə 70; 2018, ¹ 4, maddə 668; 2019, ¹ 4, maddə 642; 2020, ¹ 8, maddə 1039) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      adında “xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES- qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə” sözləri “səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqlasözləri ilə əvəz edilsin;

 1.2.1-ci hissədə “xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl

AES- qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə” sözləri “səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqlasözləri ilə “100” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il

Azərbaycan.-2021.- 6 yanvar.- S.4.