“Müharibə
və ya 1990-cı ilin
20 Yanvar hadisələri ilə əlaqədar
əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər
tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
tədbirləri davam etdirmək məqsədilə
qərara alıram:
1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 9, maddə 795; 2011, ¹ 12, maddə 1140; 2013, ¹ 8, maddə
895; 2014, ¹ 3, maddə 250; 2016, ¹ 1, maddə 68; 2018, ¹ 5, maddə
937; 2019, ¹ 4, maddə 639) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənddə “250” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bənddə “230” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin;
1.3. 1.3-cü bənddə “210” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;
1.4. 2.1-ci bəndə “təsis edilən” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin” sözləri əlavə edilsin və həmin bənddə “ödəyir” sözü “tərəfindən ödənilir” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu
Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.5.