“Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun
tətbiqi və “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
19.1-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19.1-ci maddəsinin üçüncü
cümləsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
349; 2006, ¹ 7, maddə 587; 2007, ¹ 12, maddə 1226; 2009, ¹ 8, maddə
630; 2016, ¹ 6, maddə 1021, ¹ 9, maddə 1464; 2018, ¹ 12 (I kitab),
maddə 2578; 2019, ¹ 7, maddə
1220; 2020, ¹ 5, maddə 562, ¹ 6, maddə 688, ¹ 8, maddə
1028) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1.
2.1-1-ci bənddən “13.3-cü maddəsində (ikinci halda),” sözləri çıxarılsın;
2.2.
2.1-3-cü bəndə “Qanunun”
sözündən sonra
“13.3-cü maddəsində (ikinci halda) və”
sözləri əlavə
edilsin;
2.3. aşağıdakı məzmunda 2.1-4-cü bənd
əlavə edilsin:
“2.1-4. həmin Qanunun 19.1-ci maddəsinin üçüncü cümləsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”
2.4.
2.3-cü bənddən “(birinci
halda)” sözləri çıxarılsın;
2.5.
2.4-cü bənddə “13.3-cü (hər iki halda)”
sözləri “13.3-cü (birinci
halda)” sözləri ilə, “19.1-ci maddəsində”
sözləri “19.1-ci maddəsinin
birinci və üçüncü cümlələrində”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan-2021.-
6 yanvar.- S.5.