“İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanununun tətbiqi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqındaAzərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 9-cu (hər iki halda)

10-cu hissələrində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;

1.4. həmin Qanunun 3-cü maddəsinin 10-cu hissəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4-cü maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi Əmək Bazarı Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, başqa məşğulluğu olmayan şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi onlara işsizlikdən sığorta ödənişinin təyin edilməsi imkanlarını araşdırsın bu barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

2.2. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqındaAzərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. büdcə təşkilatlarının 2021-ci il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

3.3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqındaAzərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsünbu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2021-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlarla birlikdə tədbirlər görsünlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il

Azərbaycan.-2021.- 6 yanvar.- S.10.