“Büdcə
sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 29 dekabr tarixli 238-VIQD nömrəli Qanununun
tətbiqi və “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 29 dekabr tarixli 238-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 10, maddə
605; 2004, ¹ 12, maddə 1014; 2009, ¹ 7, maddə 527; 2010, ¹ 2, maddə
77; 2014, ¹ 5, maddə 477, ¹ 10, maddə 1187; 2016, ¹ 8, maddə
1384; 2017, ¹ 1, maddə 36, ¹ 11, maddə 2025, ¹ 12 (I kitab), maddə 2327; 2018, ¹ 8, maddə
1684, ¹ 12 (I kitab), maddə
2576) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddən “11-1.2.3-cü (hər iki halda),” sözləri çıxarılsın;
1.2. 2.16-cı bənd ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 238-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 6 yanvar.- S.10.