“Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə
254, ¹ 6, maddə 464, ¹ 7, maddə
602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr
877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə
465, ¹ 7, maddə 597, ¹ 12, maddə
1109; 2012, ¹ 11, maddələr 1037, 1044;
2013, ¹ 3, maddə 223, ¹ 5, maddə
485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə
676, ¹ 7, maddə 1289, ¹ 10, maddə
1776, ¹ 12 (I kitab), maddə
2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹
2, maddə 205, ¹ 3, maddə
380, ¹ 5, maddələr 805, 808, ¹ 8, maddələr 1374, 1382, ¹ 11, maddə
1691, ¹ 12, maddə 1891; 2020, ¹ 7, maddə 829) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 6.2-ci maddənin birinci cümləsində “19-cu və
20-ci maddələrində” sözləri “20-ci maddəsində”
sözləri ilə əvəz edilsin;
1.2.
13.2-ci maddənin ikinci
cümləsində “192-yə” sözləri “200-ə” sözləri
ilə əvəz edilsin;
1.3.
14.1-ci maddədən “öhdəsində
olan (vəfat edənin tam təminatında
olan və ya ondan özlərinin
yaşayışı üçün
daimi və əsas vəsait mənbəyi kimi kömək alan)”
sözləri çıxarılsın;
1.4. 19-cu maddə ləğv edilsin;
1.5.
22-1.2.1-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə və “2021-ci” sözləri
“2023-cü” sözləri ilə
əvəz edilsin;
1.6.
26.2-ci maddədən “bu
Qanunun 19-cu maddəsinə
uyğun” sözləri
çıxarılsın;
1.7.
30.1-ci maddənin birinci
cümləsindən “şəxsin
(ərizəçinin) daimi
yaşadığı yer,
qaçqın və məcburi köçkünlərə
isə məskunlaşdıqları
yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr
sahəsində idarəetməni
həyata keçirən”
sözləri çıxarılsın;
1.8.
31.1-1-ci maddəyə “təyinatı”
sözündən sonra
“, həmçinin bu Qanunun 37.3.1-ci və
37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış
qaydada yenidən hesablanması” sözləri
əlavə edilsin;
1.9.
37.8-ci maddədə “gündən”
sözü “aydan sonrakı ayın 1-dən”
sözləri ilə əvəz edilsin;
1.10.
39.2-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“39.2. Bu Qanunun 39.1-ci maddəsində
göstərilmiş əsaslarla
əmək pensiyasından
və əmək pensiyasına əlavədən
tutulan məbləğ,
başqa əsaslara görə tutulan məbləğlər nəzərə
alınmadan, hər ay
əmək pensiyaçısına
ödənilməli olan
məbləğin
10 faizindən az,
20 faizindən artıq
ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə
alınmaqla). Əmək
pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək
pensiyaçısına ödənilməli
olan məbləğin
10 faizindən az olduqda (bu Qanunun
39.3-cü maddəsi nəzərə
alınmaqla ) tam məbləğdə
tutulur.”.
Maddə 2. Keçid
müddəalar
2.1. Bu Qanunun 1.2-ci maddəsi aşağıdakı hallarda
tətbiq edilmir:
2.1.1. 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;
2.1.2. 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;
2.1.3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il yanvarın 1-dək əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvələ əmək pensiyasının təyin edilməsinə.
2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 6 yanvar.- S.5.