“Sosial
müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 2, maddə
76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə
19, ¹ 6, maddə 618, ¹ 11, maddələr
1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə
869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə 1893; 2020, ¹ 7, maddə
829) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.0.1.8-ci,
7.0.8-ci və 9.1.7-ci maddələr
aşağıdakı redaksiyada
verilsin:
“4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına
müavinət;”;
“7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına
müavinət - şəxs
müddətli həqiqi
hərbi xidmətdə
olduqda;”;
“9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına
müavinət - müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi
hərbi xidmətdə
olduğu müddətə;”;
1.2. aşağıdakı
məzmunda 11.1.6-1-ci maddə
əlavə edilsin:
“11.1.6-1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
uşaqlarına müavinət
- müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları
həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə;”.
Maddə 2. Bu Qanun qüvvəyə minənədək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinətlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 6 yanvar.- S.5.