“Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə 1018; 2007, ¹ 1, maddə 4, ¹ 12, maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə 949; 2011, ¹ 10, maddə 883; 2013, ¹ 11, maddə 1284, ¹ 12, maddə 1487; 2014, ¹ 10, maddə 1171; 2016, ¹ 4, maddə 657, ¹ 6, maddə 971; 2017, ¹ 3, maddə 336, ¹ 7, maddə 1279; 2018, ¹ 3, maddələr 369, 396, ¹ 5, maddələr 870, 894, ¹ 12 (I kitab), maddə 2502; 2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 380; 2020, ¹ 5, maddə 521, ¹ 6, maddə 667, ¹ 7, maddə 826, ¹ 8, maddə 1015) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 19.1-ci maddədə “vahid fondda” sözləri “Dövlət Sosial Müdafiə Fondunda” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Dövlət Sosial Müdafiə Fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.”;
1.2. 19.2-ci maddədə “vahid fondda” sözləri “Dövlət Sosial Müdafiə Fondunda” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 6 yanvar.- S.5.