“Dövlət borcu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 748, ¹ 11, maddə 1093; 2010, ¹ 4, maddə 276; 2016, ¹ 11, maddə 1772; 2017, ¹ 5, maddə 704, ¹ 12 (I kitab), maddə 2252; 2018, ¹ 12 (I kitab), maddə 2501; 2019, ¹ 1, maddə 3) aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:
“13.3-1. Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilər. Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.10.