“Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
10-cu və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 11, maddə 387, ¹ 12, maddə
454; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 3, maddə
226; 2001, ¹ 11, maddə 683; 2002, ¹ 8, maddə 463; 2004, ¹ 2, maddə
57, ¹ 5, maddə 321, ¹ 8, maddə
598; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 464; 2006, ¹ 3, maddə
225; 2007, ¹ 11, maddələr 1049, 1053; 2010,
¹ 4, maddə 276; 2012, ¹ 5, maddə
414; 2014, ¹ 11, maddə 1332; 2015, ¹ 4, maddə 366; 2017, ¹ 5, maddə
684; 2018, ¹ 6, maddə 1158, ¹ 7 (I kitab), maddələr 1406,
1429) aşağıdakı dəyişikliklər edilsin:
1. 17-1.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
“17-1.2. Yeni çağırış
Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş seçkilərin
yekunlarına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi səlahiyyətli tərkibdə
formalaşdırıldığı gündən etibarən bu Qanunun
17-1.1-ci maddəsinə uyğun olaraq ayrılmış vəsait aşağıdakı
qaydada bölünür
və bu Qanunun 17-1.4-cü maddəsinə
uyğun olaraq
köçürülür:
17-1.2.1. vəsaitin 5 faizi irəli sürdüyü
namizədlər Azərbaycan
Respublikasının Milli
Məclisinə keçirilmiş
seçkilərdə etibarlı
səslərin azı
3 faizini qazanmış,
lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin
sayına proporsional bölünür;
17-1.2.2. vəsaitin 40 faizi Azərbaycan Respublikasının
Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;
17-1.2.3. vəsaitin 50 faizi Azərbaycan Respublikası
Milli Məclisinin say tərkibinə (125-ə) bölünür
və bunun nəticəsində alınan
məbləğ Azərbaycan
Respublikasının Milli
Məclisində təmsil
olunan siyasi partiyalardan seçilmiş
deputatların sayına
vurulmaqla müəyyən
edilmiş məbləğ
həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş
təkrar və əlavə seçkilər
nəticəsində, həmçinin
fəaliyyətdə olan
deputatların partiya mənsubiyyətinin yaranması
(dəyişməsi) ilə
əlaqədar, habelə
digər səbəblərdən
Azərbaycan Respublikasının
Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində
nəzərdə tutulmuş
qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində
siyasi partiyalar üçün nəzərdə
tutulmuş vəsaitin
müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;
17-1.2.4. vəsaitin 5 faizi Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş təkrar
və əlavə seçkilər nəticəsində,
həmçinin fəaliyyətdə
olan deputatların partiya mənsubiyyətinin
yaranması (dəyişməsi)
ilə əlaqədar
Azərbaycan Respublikasının
Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara
bu Qanunun 17-1.2.2-ci maddəsinə əsasən
aparılmış bölgü
nəticəsində hər
bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.”.
2. Aşağıdakı məzmunda
17-1.2-1-ci, 17-1.2-2-ci, 17-1.2-3-cü və
17-1.2-4-cü maddələr əlavə edilsin:
“17-1.2-1. Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş təkrar
və əlavə seçkilər nəticəsində
Azərbaycan Respublikasının
Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara
bu Qanunun 17-1.2.4-cü
maddəsinə uyğun
olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
tərəfindən təsdiq
edildiyi tarixdən sonrakı rübdən hesablanır.
17-1.2-2. Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması
(dəyişməsi) ilə
əlaqədar Azərbaycan
Respublikasının Milli
Məclisində təmsil
olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:
17-1.2-2.1.
dövlət qeydiyyatından
keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən
sonrakı rübdən
və ya;
17-1.2-2.2. üzv olduğu
siyasi partiyanın dövlət qeydiyyatına
alındığı tarixdən
sonrakı rübdən
hesablanır.
17-1.2-3. İl ərzində bu Qanunun 17-1.2.4-cü maddəsinin tətbiqi zamanı vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlıq bu Qanunun 17-1.2.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsait üzrə mövcud olan qənaət hesabına, həmin mənbə kifayət etmədikdə isə dövlət büdcəsindən ayrılan əlavə vəsait hesabına aradan qaldırılır.
17-1.2-4. Dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında dördüncü rübün sonunda bərabər bölünür.”.
3. 17-1.4-cü maddəyə “17-1.2-ci” sözlərindən sonra “, 17-1.2-4-cü” sözləri əlavə edilsin.
4. 17-1.5-ci
maddədə “partiyalar” sözü “partiya” sözü ilə
və “qaytarılır” sözü “qaytarılmaqla bu Qanunun
17-1.2-4-cü maddəsinə uyğun olaraq istifadə olunur”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.11.