“Müflisləşmə və
iflas haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
“Müflisləşmə və
iflas haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 6, maddə
460; 2001, ¹ 1, maddə 25, ¹ 6, maddə 362; 2002, ¹ 5, maddə
241; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 5, maddə 401; 2008, ¹ 5, maddə
348; 2010, ¹ 4, maddə 276; 2015, ¹ 4, maddə 355, ¹ 11, maddə
1260; 2017, ¹ 3, maddə 332, ¹ 5, maddə 736; 2018, ¹ 4, maddə
652, ¹ 12 (I kitab), maddə
2529; 2019, ¹ 1, maddə 28, ¹ 4, maddə 600, ¹ 6, maddə
993; 2020, ¹ 5, maddə 515) aşağıdakı
dəyişikliklər edilsin:
1. 24-1-ci maddənin
ikinci cümləsi üçüncü cümlə
hesab edilsin və aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox
hissəsini təşkil
edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilmir.”.
2. 41-1-ci maddə
üzrə:
2.1. 5-ci hissənin
beşinci cümləsi
çıxarılsın;
2.2. 6-cı hissəyə
aşağıdakı məzmunda
üçüncü cümlə
əlavə edilsin:
“Hər bir təminatlı
kreditorlar qrupu daxilində səsvermədə
yalnız sağlamlaşdırma
planının qəbulu
nəticəsində hüquqlarına
təsir göstərən
təminatlı kreditorlar
iştirak edir.”.
3. 41-2-ci maddəyə aşağıdakı məzmunda
5-ci hissə əlavə edilsin:
“5.
Sağlamlaşdırma planında eyni kreditorlar qrupu daxilində
bütün kreditorların hüquqları növbəlilik
qaydasında bərabər təmin edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.11.