Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
əməkdaşlarının “Tərəqqi” medalı ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Əkpərov Kənan Eyvaz oğlu
Əliyev Nazim Əliqulu oğlu
Maliki Ramil Adil oğlu
Mehdizadə Fuad Həsrət oğlu
Məmmədov Fərhad Rəfi oğlu
Məmmədova Mətanət Nəbi qızı
Məsimov İlqar Tahir oğlu
Mürsəlov Tərlan Əliağa oğlu
Nəzərov Təngiz Maxsud oğlu
Novruzov Zaur Akif oğlu
Səlimov Elçin Məmmədəli oğlu
Talıbov Fazil Həbib oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2020.- 6 yanvar.- S.12.