Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Neft
Fondunun valyuta vəsaitinin
saxlanılması, yerləşdirilməsi və idarə edilməsi
haqqında Qaydalar”da dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 6, maddə
409, ¹ 12, maddə 753; 2005, ¹ 3, maddə 160; 2010, ¹ 2, maddə
80; 2011, ¹ 10, maddə 903; 2017,
¹ 5, maddə 780; 2018, ¹ 12, maddə
2607) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1.2-ci
yarımbəndin ikinci
abzasından “İbka”
sözü çıxarılsın.
2.
2.1.4-cü yarımbəndin birinci abzasında “mərkəzi (milli) banklar” sözlərindən
sonra “, milli depozit mərkəzləri”
sözləri əlavə
edilsin.
3.
3.1.4-cü yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“3.1.4. Neft Fondunun investisiya
siyasətində valyuta
vəsaitinin idarə edilməsinin aşağıdakı
ümumi prinsipləri
və istiqamətləri
öz əksini tapmalıdır:
investisiya portfelinin
proqnozlaşdırılan həcmi;
investisiya portfelinin
aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti;
investisiya portfelinin
hədəf gəlirliliyi;
investisiya portfelinin
risklərinin idarə
edilməsi üzrə
tələbləri;
Neft Fondunun investisiya portfelinin idarə edilməsinə xarici menecerlər cəlb edildiyi təqdirdə, xarici menecerlərə idarəetməyə verilən
investisiya portfelinin hissəsi və idarəetməyə verilmə
müddəti də daxil olmaqla xarici
menecerlər üzrə
tələblər.”.
4. 3.2-ci bənd üzrə:
4.1. ikinci abzasdan
“(göstərilən ardıcıllığa
əməl etmək şərti ilə)” sözləri çıxarılsın;
4.2. dördüncü abzasdan “investisiya portfelinin maksimum ortaçəkili müddətinin
(durasiyasının) və”
sözləri çıxarılsın;
4.3. beşinci abzasda
“investisiya portfelinin müddətinin” sözləri
“müvafiq alt portfel üzrə ortaçəkili
müddətin (durasiyanın)”
sözləri ilə əvəz edilsin.
5.
3.3-cü bəndin yeddinci,
səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq aşağıdakı redaksiyada
verilsin:
“səhmlərə, kredit reytinqinə malik olmayan borc
öhdəliklərinə və
daşınmaz əmlaka
investisiya edən pay fondlarında, alternativ investisiya fondlarında, o cümlədən səhm
(pay) üzrə müştərək
investisiyalarda iştirak
payları;
daşınmaz əmlak;
London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);”.
6. 3.4.2-ci yarımbənddə “valyuta arbitrajı, svop, forvard, fyuçers” sözləri “törəmə maliyyə alətləri” sözləri ilə, “valyuta bazarlarında” sözləri “maliyyə bazarlarında” sözləri ilə əvəz edilsin.
7. 4.2-ci bənd üzrə:
7.1. “gəlirliliyi” sözündən sonra “(gəlirlilik)” sözü əlavə edilsin;
7.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Gəlirliliyin
hesablanmasında məzənnə dəyişikliyindən
yaranan fərq kimi hesablanan qızıl üzrə gəlirlilik nəzərə
alınmır.”.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 6 yanvar.- S.11.