“Kommunal, nəqliyyat və digər xidmətlər
üzrə güzəştlərin müavinətlərlə
əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli
613 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə
güzəştlərin müavinətlərlə
əvəz olunmasının
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
759; 2002, ¹ 12, maddə 728; 2003, ¹ 8, maddə
438, ¹ 9, maddə 472; 2005, ¹ 3, maddə 162, ¹ 5, maddə
399, ¹ 7, maddə 593, ¹ 8, maddə
714; 2006, ¹ 2, maddə 90, ¹ 3, maddə 227; 2007, ¹ 1, maddə
7; 2008, ¹ 5, maddə 373; 2017, ¹ 3, maddə 372) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. beşinci abzasdan
“, şəhid ailəsi
üzvlərinin hər
birinə” sözləri
çıxarılsın;
1.2. yeddinci abzas
ləğv edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
3. Bu Fərman 2021-ci il
yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.13.