“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli 208-VIQD
nömrəli Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli,
“Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2017-ci il 3 may
tarixli 1361
nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
26 noyabr tarixli 208-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹
3, maddə 351, ¹ 4, maddələr
530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr
1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700; 2020, ¹ 3, maddələr
238, 240, 241, ¹ 5, maddələr 540, 564, ¹ 6,
maddələr 691, 709, ¹ 7, maddələr
863, 880, 884, ¹ 8, maddələr 1027, 1032, ¹
9, maddə 1155; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 24 noyabr tarixli 1190 nömrəli Fərmanı) 5.11-ci bəndində
“275” rəqəmləri “275.1 - 275.3” rəqəmləri ilə
əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr
1581, 1587, ¹ 11, maddələr 1700, 1710;
2020, ¹ 3, maddə 252; ¹ 5, maddələr
538, 564, ¹ 6, maddələr 710, 714, ¹ 7, maddələr 865, 880, ¹ 8, maddə
1032; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12
noyabr tarixli 1176 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “Rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na
aşağıdakı məzmunda
22-1-ci hissə əlavə
edilsin:
“22-1. Məcəllənin 275.4-cü və
275.5-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlər üzrə protokol:
22-1.1. polietilen torbaların, birdəfəlik istifadə
üçün nəzərdə
tutulan plastik qarışdırıcı çubuq,
çəngəl, qaşıq,
bıçaq, boşqab
və stəkanların
idxalına münasibətdə:
22-1.1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi adından
- bu Siyahının
46.1-ci bəndində nəzərdə
tutulan vəzifəli şəxslər;
22-1.1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi adından - bu Siyahının 19-cu hissəsində
nəzərdə tutulan
vəzifəli şəxslər;
22-1.2. polietilen torbaların, birdəfəlik istifadə
üçün nəzərdə
tutulan plastik qarışdırıcı çubuq,
çəngəl, qaşıq,
bıçaq, boşqab
və stəkanların
istehsalına münasibətdə:
22-1.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
adından - bu Siyahının 8.1-ci bəndində
nəzərdə tutulan
vəzifəli şəxslər;
22-1.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi adından - bu Siyahının 19-cu hissəsində
nəzərdə tutulan
vəzifəli şəxslər;
22-1.3. polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılmasına və ya verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından - bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 208-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu
Fərmanın müddəaları polietilen torbalara münasibətdə
2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə
üçün nəzərdə tutulan plastik
qarışdırıcı çubuq, çəngəl,
qaşıq, bıçaq, boşqab və stəkanlara
münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
6 yanvar.- S.13.