Azərbaycan Respublikası Prezidentininİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli və “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 avqust tarixli 253 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi Tibbi sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 9, maddə 1639; 2019, ¹ 2, maddə 219; 2020, ¹ 6, maddə 690) ilə təsdiq edilmişİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddəbaza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olansözlərixidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirənsözləri ilə əvəz edilsin;

1.2.  3.1.2-ci, 3.1.5-ci, 3.1.7-ci, 3.2.6-3.2.8-ci yarımbəndlərdə 5.5-ci bənddə hər iki haldabaza (əsas xidmətlər)” sözlərixidmətlərsözü ilə əvəz edilsin;

 

1.3. 3.1.4-cü yarımbənddəsığorta ehtiyatı fondları yaradırsözləriicbari tibbi sığorta ehtiyatlarını yaradır icbari tibbi sığorta vəsaitlərini idarə edirsözləri ilə əvəz edilsin;

1.4.  3.1.6-cı yarımbənddəbaza (əsas xidmətlər)” sözlərixidmətlərsözü ilə əvəz edilsin həmin yarımbəndətibb müəssisələri iləsözlərindən sonratibbi xidmətlərin göstərilməsi haqqındasözləri əlavə edilsin;

1.5. 3.1.9-cu yarımbənddəbaza (əsas xidmətlər)” sözlərixidmətlərsözü ilə əvəz edilsin həmin yarımbəndətibbi xidmətlərinsözlərindən sonranövününsözü əlavə edilsin;

1.6. 3.2.10-cu yarımbənd ləğv edilsin;

1.7. 3.2.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.12. “Tibbi sığorta haqqındaAzərbaycan Respublikası Qanununun 15-20-ci maddəsinə uyğun olaraq subroqasiya hüququndan istifadə etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1703; 2020, ¹ 4, maddə 397) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 8.1.3-cü yarımbəndindəəməkhaqqına əlavələrinsözləriəməkhaqqından tutulmalarınsözləri ilə əvəz edilsin həmin yarımbəndəişsizlikdən sığorta haqqı,” sözlərindən sonraicbari tibbi sığorta haqqı,” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  30 dekabr 2020-ci il

Azərbaycan.-2021.- 6 yanvar.- S.13.