Karantin rejimi yumşaldılsa da, məsuliyyətimiz  azalmamalıdır

 

 

 

Bütün dünyada milyonlarla insanı ciddi sınağa çəkən COVID-19 eyni zamanda qlobal iqtisadiyyata təsir göstərərəkbaşağrısına”, böyük itkilərə səbəb olub.

Ötən il Çindən başlayan qısa zaman ərzində dünyanı çənginə alan koronavirus (COVID-19) infeksiyasının qurbanları az olmayıb. Bu bəşəri fəlakətdən az itki ilə çıxmaq üçün bütün mümkün vasitələrdən istifadı edilsə , nəticə gözlənilənləri əks etdirməyib. Bu da ayrı-ayrılıqda dövlətlərin bəladan xilas yollarının axtarışının davamını labüd edir.

Mütəxəssislər belə infeksiyaların dəfələrlə baş verdiyini ondan xilasın mümkünlüyünü bildirsələr , daha onun fəlakət həddinə gətirəcəyinə inanmayanlar da az olmadı. Nəticədə yoluxma hallarında artım müşahidə edildi.

Hətta rəqəmlər gözləniləndən bəzən yüksək oldu.

Azərbaycan dövlətinin ötən ilin bu vaxtlarından apardığı profilaktik tədbirlərin nəticəsi müsbət olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi infeksiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyü qabaqlayıcı tədbirlərə görə nümunə göstərdi.

Təbii ki, yoluxmanın ölüm hallarının ötən ilin yaz-yay aylarında azalması həmin qabaqlayıcı profilaktik tədbirlər, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qəbul etdiyi qərar bəzi qadağalarla bağlı idi. Payız aylarına doğru, daha doğrusu, Ermənistanın yenidən Azərbaycan sərhədlərini pozaraq münaqişəni müharibə mərhələsinə gətirməsi kimi səbəblər pandemiyanın yenidən daha geniş məkanları bürüməsi ilə nəticələndi. Əhalinin pandemiyaya deyil, müharibəyə həssaslığı sankigözəgörünməz düşmən”lə savaşı arxa plana keçirdi.

2020-ci ilin Vətən müharibəsində qazandığımız Zəfər sevincləri koronavirusun az qala unudulmasına gətirib çıxarması da sonradan rəqəmlərin artmasına şərait yaradan amillərdən oldu.

Ötən il dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Təmas qrupunun videokonfrans şəklində “COVID-19-a qarşı birlikdəyikmövzusunda Zirvə toplantısının keçirilməsi təbii ki, heç təsadüfi deyildir. Çünki BMT- üzv dövlətlərin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev həmin Zirvə görüşünün iştirakçılarının nəzərinə çatdırdı ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdiyindən yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik adekvat reaksiya verib. Dövlət başçısı qeyd etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünəqapanmama yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik: “BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk”.

Pandemiyanın ilk günlərindən ÜST-ün aparıcı mütəxəssislərindən ibarət heyətin 2020-ci ilin mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmasına, Azərbaycana göstərdiyi dəstəyə Zirvə görüşündə iştirakına görə təşkilatın Baş direktoru Tedros Adhanom Gebreyesusa təşəkkürünü bildirən dövlət başçısı onu da qeyd etmişdir ki, bu, bizim təşəbbüsümüzlə keçirilən 2-ci Zirvə görüşüdür: Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə iştirak etdi dəyərli tövsiyələrini verdi”.

Azərbaycan Prezidenti Qoşulmama HərəkatınınÜmumdünya Səhiyyə Təşkilatı onun Baş direktoruna dəstəkadlı 9 aprel tarixli bəyanatını da xatırladaraq vurğuladı ki, ÜST-ün Baş direktoru tərəfindən martın 23-də ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib, pandemiyaya qarşı görülən tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.

Bu ay ölkəyə gətirilən vaksinin əhalinin müəyyən sosial təbəqəsinə vurulması bu bəladan xilasın mümkünlüyü ilə bağlı düşüncələri dəyişməyə bilməzdi. TƏBİB-in vaxtaşırı keçirdiyi mətbuat konfranslarında səsləndirilən rəqəmlərin müsbət məcraya yönəlməsi, vaksinasiyanın tətbiq edilməsi tezliklə bu bəladan xilas olunacağımızı şərtləndirir. Lakin bu hələ o demək deyil ki, koronavirus ölkəmizdən uzaqlaşmaq ərəfəsindədir. Doğrudur, vəziyyətin getdikcə müsbət məcraya doğru dəyişməsi imkan verir deyək ki, qadağalar dövrü arxada qalıb. Bununla əlaqədar olaraq bəzi ictimai-iaşə, xidmət təşkilatları artıq öz əvvəlki şəraitinə qayıtmağa başlayıb.

Son günlər yeni dalğanın qaçılmazlığı mətbuatın gündəmini zəbt etməkdədir. Mütəxəssislər bildirirlər ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara eləcə COVID-19 virusuna xasdır. Bu da onu deməyə əsas verir ki, peyvənd çıxmazsa ya virus mutasiyaya uğrayıb virulentliyini itirməzsə, ölkələrin 70 faizinin əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq.

Dalğaların bir-birindən xüsusi fərqlənmə predmetləri yoxdur və bunun qarşısını almaq üçün qızıl qaydalar eyni olaraq qalır: ya uzunmüddətli sərt karantin rejiminə keçilməli, ya da tibb elminin tələb etdiyi kimi, ən son izolyasiya tədbirlərinə əməl olunmalıdır. Bununla yanaşı, klasterlərə nəzarət ələ alınmalı və insanların şəxsi məsuliyyətlərinin önəmi onlara davamlı şəkildə, inandırıcı formada izah olunmalıdır ki, iqtisadiyyata ziyan vurulmadan, yəni sərt karantin rejimləri tətbiq edilmədən virus nəzarət altında olsun.

Bəzi ölkələrdə koronavirus sürətlə yayılarkən, bəziləri ikinci dalğa təşvişi yaşadı. Türkiyə mətbuatının verdiyi xəbərə görə, İngiltərənin səhiyyə mütəxəssisləri iyul ayının əvvəlində qadağaların yumşaldılmasından sonra yarana biləcək epidemiya vəziyyəti ilə bağlı hökuməti xəbərdar edib. Bildirilir ki, 100 il əvvəl yaşanan İspan qripinin ikinci dalğası birincidən daha ölümcül olub. Bəs növbəti dalğa qaçılmazdırmı qədər təhlükəli ola bilər?

Bu dalğanı dəniz dalğasına bənzədən mütəxəssislər hesab edirlər ki, o, tamamilə geri çəkilmə olduqdan sonra baş verəcək. Alimlərin fikrincə, hazırda dünya ölkələrində baş verən artım azalmanın ikinci dalğa ilə əlaqəsi yoxdur. Onlar düşünürlər ki, növbəti dalğanın olması üçün virusun yayılması nəzarət altına alınmalı, yoluxma faktları minimuma düşməlidir. İngilis mütəxəssisləri bildirirlər ki, virus başladığı ilk gündəki kimi, yoluxucu öldürücü formasını qoruyur. Əgər İngiltərədə hazırda qoyulan qadağalar əməl olunan qaydalar aradan qaldırılsa, virusla bağlı vəziyyət dəhşətli hal ala bilər. Müxtəlif universitetlərin mütəxəssisləri qış aylarında ikinci dalğanın qaçılmazlığını hökumətlərin buna hazırlaşmasının vacib olduğunu gizlətmirlər.

Ölkəmizdə virusun yayılması ilə bağlı gərginlik arxada qalıb. Lakin tibbi personalın da yaxşı hazırlaşdığı növbəti dalğanın bizdən yan keçməyəciyini unutmamalıyıq. Həyatımızın normal məcrasına düşməsi ilk növbədə özümüzdən asılıdır: vaksinasiya prosesində fəal olmaq, qoyulan qaydalara əməl etmək təbii ki, dezinfeksiyanı, maskanı unutmamaq. Bizi qarşıda pandemiyasız bahar gözləsin deyə məsuliyyətimizi artırmalıyıq. Axı Qarabağda dinc quruculuq işləri xalqımızı gözləyir...

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2021.- 29 yanvar.- S.1; 6.