Respublikanın qaz təsərrüfatında mövcud
problemlər müzakirə
olunub
Yanvarın
28-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud
problemlərə, o cümlədən
qazdan səmərəli
və təhlükəsiz
istifadə qaydalarına
həsr olunmuş videoformatda iclas keçirilib.
Nazirlər
Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
iclasda mövcud problemlərin həlli istiqamətində
müzakirələr aparılıb, müvafiq
tapşırıqlar verilib.
İclasda Azərbaycan Respublikası
Baş Prokurorluğunun,
Energetika, Fövqəladə
Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.
Azərbaycan. - 2021.- 29 yanvar.- S.2.