Rusiyanın Kaluqa vilayətində Azərbaycan
pavilyonu açılıb
Rusiyanın Kaluqa vilayətində yerləşən “ETNOMİR” Mədəniyyət
və Tədris Parkında Azərbaycanın
Rusiyadakı Ticarət
Nümayəndəliyinin təşkilatçılığı
ilə “Azərbaycanın
Rusiya regionları ilə iqtisadi əməkdaşlığı” mövzusunda forum keçirilib. Həmin gün “ETNOMİR” parkında Azərbaycan pavilyonunun təntənəli
açılış mərasimi
olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan
Əliyev forumda çıxışında Azərbaycan
ilə Rusiya regionları arasında əməkdaşlığın geniş potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə,
hazırda Azərbaycan
ilə hökumətlərarası
saziş imzalamış
regionlarla əlaqələrə
xüsusi diqqət yetirilir. Rusiyanın bir çox regionları da ölkəmizin işgüzar
dairələri ilə
biznes birlikləri, biznes missiyaları vasitəsilə geniş əlaqələr qurmaq niyyətindədir. Ticarət
nümayəndəsi vurğulayıb
ki, son 2 ildə Rusiyanın 25-dən
çox regionuna səfərləri zamanı
müxtəlif beynəlxalq
tədbirlərdə, investisiya
forumlarında Azərbaycanın
iqtisadi potensialının
təqdimatları keçirilib.
Forumda
Azərbaycan şərablarının
təbliğinə dəstək,
ölkəmizdən meyvə-tərəvəz
konservlərinin, eləcə
də aqrar məhsulların ixracı
potensialının artırılmasına
dair fəaliyyət planının qəbul edilməsi, birgə istehsalın genişləndirilməsi,
sənaye məhsullarının Rusiya bazarında təşviqi və Azərbaycanda müştərək
müəssisələrin yaradılması
imkanlarının araşdırılması
məsələləri müzakirə
olunub.
Qeyd edilib ki, iki
ölkə arasında
turizm sahəsində geniş perspektivlər mövcuddur. Rusiyadan Azərbaycana turist axını ilbəil artır, bu isə ölkəmizin əlverişli coğrafi şəraiti, rusiyalılar
üçün dil məhdudiyyətinin olmaması,
müasir infrastruktur və digər göstəricilərlə şərtlənir.
Rusiya
ticarət və sənaye palatasının
vitse-prezidenti Vladimir Padalko, ticarət nümayəndəliyinin biznes
klubunun icraçı
direktoru Mariya Suvorovskaya, Rusiyanın Azərbaycandakı Ticarət
nümayəndəsi Ruslan
Mirsayapov, Kaluqa vilayətinin qubernator müavini Vladimir Potemkin, Rusiya-Azərbaycan İşgüzar Şurasının
icraçı direktoru
Yuri Danilov,
“ETNOMİR” Parkının rəhbəri Ruslan Bayramov və digərləri biznes birliklərinin qarşılıqlı
əlaqəsi sayəsində
əməkdaşlığın inkişafından söz açıblar.
Kaluqa vilayətinin qubernator müavini Vladimir Potyomkin AZƏRTAC-a müsahibəsində
bildirib ki, Kaluqa vilayəti Azərbaycanın iş adamlarının regiona cəlb olunmasında maraqlıdır. O, vilayətdə turizm, müalicə-sanatoriya, tikinti
və digər sahələrdə təcrübə
mübadiləsi aparılmasını
təklif edib, Kaluqa ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının vacibliyini
vurğulayıb. V.Potyomkinin
fikrincə, birbaşa
reysin açılması
Azərbaycan ilə təkcə Kaluqa arasında deyil, həm də ətraf regionlar, o cümlədən Tula, Bryansk və digər vilayətlər arasında əlaqələrin
inkişafına təkan
verəcək.
Rusiyanın Sergeyev-Posad şəhər
dairəsi başçısının
müavini Andrey Tolstikov hazırda Moskva vilayətinin 7 şirkətinin Azərbaycan
kapitalı ilə fəaliyyət göstərdiyini
qeyd edib. O, forumda şəhərin sənaye parkında Azərbaycan şirkətlərinə
bir hektar sənaye ərazisi təklif edildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində “ETNOMİR”də Azərbaycan
pavilyonunun təntənəli
açılışı olub.
Bu layihə
ölkəmizin ticarət
nümayəndəliyinin Azərbaycan
“Ticarət Evi” konsepsiyası çərçivəsində
həyata keçirilir.
Pavilyonda geniş çeşiddə Azərbaycan
məhsulları sərgilənir.
Tədbirin sonunda Azərbaycan məhsullarının dequstasiyası
təşkil olunub.
Azərbaycan. - 2021.- 29 yanvar.- S.4.