Həyata keçirilən iqtisadi islahatlar gömrük xidmətinin qarşısında yeni tələblər qoymuşdur
Bu il müstəqil Azərbaycan
Respublikasında gömrük
orqanlarının yaradılmasının
29-cu ildönümü tamam
olur. 1992-ci ildə yaradılmış gömrük
xidmətinin keçdiyi
yol o qədər də asan olmayıb.
Həmin
illərdə
mürəkkəb ictimai-siyasi
vəziyyət bir çox qurumlar kimi, gömrük orqanlarının da formalaşmasına imkan vermirdi, baxmayaraq ki, dövlət quruculuğu sahəsində
önəmli hesab olunan ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli
xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət
nəzarət sisteminin
yaradılması, sərhədlərin
iqtisadi təhlükəsizliyinin
təmin edilməsi həyati əhəmiyyətli
məsələ idi.
Danılmaz
faktdır ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində dövlət
müstəqilliyi dönməz
xarakter aldı. Müstəqilliyimizin ilk illərində ölkə
iqtisadiyyatının digər
sahələri kimi, ciddi tənəzzül dövrünü yaşayan
gömrük xidməti də Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində
stabil və dinamik inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər
Əliyev gömrük
xidmətinin ölkə
iqtisadiyyatının inkişafında
olan rolunu hər zaman yüksək qiymətləndirir
və bu orqanın fəaliyyətini
daima diqqət mərkəzində saxlayırdı.
1993-cü ilin ikinci yarısından etibarən
Azərbaycanın dövlət
suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı
ölkədə aparılan
uğurlu gömrük
siyasətilə də
bilavasitə bağlıdır.
1995-ci il yanvarın 9-da Azərbaycan
Prezidentinin yanında gömrük işinin təşkilinə həsr
olunmuş müşavirədə
Heydər Əliyevin proqram xarakterli nitqi respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas
istiqamətləri və
prinsiplərini müəyyən
etməklə, respublikada
gömrük işinin inkişafına böyük
təkan verdi və Dövlət Gömrük Komitəsinin
fəaliyyətində ciddi
dönüş yarandı.
Bu
dönüşdən sonra
dövlət büdcəsinin
formalaşmasında gömrük
orqanlarının rolu
xeyli artırıldı,
gömrük qanunvericiliyi
bazasının yaradılmasına
başlanıldı, hüquqi-normativ
sənədlərin və
gömrük işinə
dair ilk dərsliklərin, tədris-metodiki
vəsaitlərin hazırlanması
həyata keçirildi,
gömrük sahəsində
iqtisadi göstəricilər
yaxşılaşdı, maddi-texniki
baza möhkəmləndirildi,
elektron informasiya təminatı yaradıldı,
qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına
qarşı mübarizə
gücləndirildi.
Ümummilli
Lider Heydər Əliyev iqtisadi məsələlərə həsr
edilmiş müşavirədə
və yığıncaqlarda,
xüsusilə 1997-ci il
yanvarın 30-da Dövlət
Gömrük Komitəsinin
yaradılmasının 5-ci ildönümünə və
gömrük əməkdaşlarının
peşə bayramı
gününə həsr edilmiş təntənəli yığıncaqdakı
nitqində gömrük
orqanlarının fəaliyyətini
dəqiqliklə təhlil
edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq
və nizam-intizam, peşəkarlıq mühitinin
formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük
işçisinin
öz dövlətinə
sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində
mümkünlüyünü göstərmişdi. Ulu Öndər
Heydər Əliyevin Dövlət Gömrük
Komitəsinin təsis
edilməsinin 5 illiyində,
1997-ci ildə dediyi “Gömrük xidməti hər bir dövlətin
müstəqilliyinin əsas
atributlarından biridir”
sözlərinə əsasən
vurğulamaq yerinə
düşər ki, həqiqətən də,
gömrük xidməti öz
imkanlarına görə
unikal bir orqandır. Çünki üzərinə düşən
vəzifə həm dövlət büdcəsinə
daxilolmaları təmin
etmək, gömrük
hüquqpozmalarına qarşı
mübarizə aparmaq,
xarici ticarəti sürətləndirmək və
asanlaşdırmaq, həm
də ölkənin iqtisadi təhlükəsizliyini qorumaqdır.
Azərbaycan Prezidentinin 10 yanvar
1997-ci il tarixli sərəncamı ilə
yanvarın 30-nun gömrük
əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi
çox yüksək
dəyərin əyani
nümunəsi idi.
Bu gün
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz
ənənələrini qoruyub
saxlaması və daha da təkmilləşdirilməsi
işini daim diqqət mərkəzində
saxlayır. Qürur duyuruq ki, ölkəmizdə
müasir tələblərə
cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və
bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir. Bu gün
Azərbaycan Gömrük
Xidməti mükəmməl
hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və
dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.
Dövlət Gömrük
Komitəsi eyni zamanda hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq
və digər hüquqpozma hallarına qarşı mübarizənin
gücləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər
həyata keçirir.
Azərbaycan
Respublikası Prezidentinin
23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinə
sədr təyin edilən Səfər Mehdiyevin və komitənin əzmkar kollektivinin həyata keçirdikləri mütərəqqi
islahatlarda, gömrük
işinin inkişafında,
idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə
həyata keçirilməsində
mühüm rolunu da xüsusi olaraq qeyd etmək
lazımdır.
Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan
gömrüyü keyfiyyətcə
yeni inkişaf mərhələsinə daxil
olub və onun müasir siması formalaşıb. Azərbaycan gömrüyü ötən dövr ərzində fəaliyyətinin
bütün istiqamətlərində
ciddi nailiyyətlər
qazanıb, məqsədyönlü
fəaliyyətilə dünya
gömrük ailəsinə
inteqrasiya olunub və Ümumdünya Gömrük Təşkilatının
ən fəal üzvlərindən biri kimi özünü təsdiq edə bilib. Həmçinin Azərbaycan
Respublikasının dövlət
büdcəsinin formalaşmasında
Dövlət Gömrük
Komitəsinin rolu mühüm dərəcədə
artıb, gömrük
işinin iqtisadi göstəriciləri də
xeyli yüksəlib.
Dövlət
Gömrük Komitəsi
hər il olduğu kimi, ötən ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac
əməliyyatları üzrə
gömrük nəzarətinin
təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə
gömrük-tarif tənzimlənməsi
və gömrük orqanlarında maliyyə-vergi
mexanizminin təkmilləşdirilməsi
istiqamətində əhəmiyyətli
işlər görüb.
Ötən il ölkəmizdə aparılan
dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb
olub. Belə ki, gömrük
sistemində həyata
keçirilən son islahatlar nəticəsində
dövlət sərhəd-buraxılış
məntəqələrinin buraxılış qabiliyyətini
artırmaq və vətəndaşların rahatlığını
təmin etmək üçün malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
“bir pəncərə” prinsipi daha da təkmilləşdirilib.
Artıq
ölkəmizə gələn
və ölkəmizdən
gedən vətəndaşlar
gömrük sərhədindən
keçirdikləri mallar,
nəqliyyat vasitələri,
zinət əşyaları
və valyuta, müşayiət olunmayan
baqaj və ya daşıyıcı tərəfindən keçirilən
mallar və s. barədə məlumatları qabaqcadan, gömrük
məntəqəsinə gəlmədən
“on-layn” qaydada Dövlət Gömrük
Komitəsinin rəsmi
internet saytı
(www.dgk.gov.az) və ya
Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə
gömrük orqanlarına
təqdim edə bilirlər. Həmçinin
vətəndaşların sərhəddən
keçidini daha asan etmək məqsədilə bütün
sərhəd-buraxılış məntəqələrində “Gömrük” köşkləri
quraşdırılıb. Bu
məlumat köşkləri
vasitəsilə vətəndaşlar
sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün
gömrük nəzarəti
ilə bağlı qaydalarla tanış olurlar.
Dövlət
Gömrük Komitəsinin
çoxsaylı kollektivi
də ən böyük nailiyyətimiz
olan müstəqilliyin
əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın
beynəlxalq nüfuzunun
daha da artırılması
və xalqımızın
firavan gələcəyinin
təmin edilməsi naminə qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsində müstəsna
rol oynayır və bu missiyanı
daim davam etdirəcəyinə inanırıq.
Mübariz Mustafayev,
gömrük xidməti polkovniki
Azərbaycan. - 2021.- 29 yanvar.- S. 5.