Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin
yaradılmasına maraq
göstərirlər
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə
qida və ictimai iaşə müəssisələrinin yaradılmasına,
bu sektora investisiya qoyuluşuna böyük maraq göstərirlər.
AZƏRTAC xəbər
verir ki, bu sözləri yanvarın 28-də Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi,
İctimai Şuranın
təşkilatçılığı və Azərbaycan Qida və İçki
Sənayeçiləri Assosiasiyasının
tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda qurumun idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov
qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun
qəhrəmanlığı nəticəsində torpaqlarımızın
işğaldan azad edilməsi biznes üçün yeni imkanlar açıb: “İşğaldan azad edilmiş ərazilərdə
biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər
əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyəti,
eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı
sahələrini əhatə
edir. KOBİA tərəfindən
işğaldan azad edilmiş ərazilərdə
biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə
və məsləhət
xidmətləri göstərilir”.
KOBİA-nın sədri pandemiyanın ictimai iaşə sektoruna da təsirsiz ötüşmədiyini, hökumət
tərəfindən müxtəlif
dəstək mexanizmləri
vasitəsilə biznesin
qorunması istiqamətində
aktiv tədbirlərin
hazırda da davam etdirildiyini vurğulayıb. Postmüharibə
dövründə və
postpandemiya ərəfəsində
sahibkarların və dövlət qurumlarının
iştirakı ilə
keçirilən bu forum aktual müzakirələr
üçün və
dövlət-biznes dialoqu
üçün əhəmiyyətli
platformadır.
Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin (AQTA) sədr
müavini Balarəhim
Quliyev çıxışında
pandemiya dövründə
qurumun həyata keçirdiyi tədbirlər
barədə məlumat
verib. O, COVID-19-la mübarizə
tədbirləri çərçivəsində
əhali və sahibkarlar arasında geniş maarifləndirmə
işlərinin aparıldığını,
ictimai iaşə, turizm, qida məhsullarının
ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində
monitorinqlərin keçirildiyini
bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı
ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə
dair konsepsiya sənədinin hazırlanaraq
aidiyyəti üzrə
təqdim olunduğunu
qeyd edən B.Quliyev işğaldan azad olunmuş rayonların dirçəldilməsində
sahibkarların üzərinə
məsuliyyətli vəzifələrin
düşdüyünü, bu vəzifələrin icrası zamanı qarşıya çıxan
məsələlərin həlli
üçün sahibkarları
agentliklə aktiv əməkdaşlığa dəvət
edib.
Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının vitse-prezidenti
Vüqar Zeynalov təşkilatın 2020-ci ildə
pandemiyanın sahibkarlığın
inkişafına təsirini
azaltmaq üçün
sahibkarların yanında
olduğunu, onlardan daxil olan çoxsaylı
müraciətləri və
təklifləri dövlət
qurumlarına təqdim etdiklərini, biznes subyektləri və dövlət orqanlarının
iştirakı ilə
müzakirələrin aparıldığını
qeyd edib.
Azərbaycan
Qida və İçki Sənayeçiləri
Assosiasiyasının sədri
Emin Dostiyari pandemiya dövründə
qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin
qarşılaşdıqları çətinliklər barədə
məlumat verib, bu sektorda yeni
iş yerlərinin açılması və
iqtisadiyyatın canlanması üçün
səyyar satış
imkanları, dövlət
dəstəyi ilə onlayn satış və çatdırma platformasının yaradılması
və s. barədə
assosiasiya üzvlərinin
təkliflərini diqqətə
çatdırıb.
“Forum qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən
KOB subyektlərinin pandemiya
dövründə qarşılaşdıqları
çətinliklər və
postpandemiya dövründə
gözləntilərin dövlət-biznes
dialoqu çərçivəsində
müzakirə edilməsi,
təkliflərin öyrənilərək
aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil
olunub. Tədbir agentlik yanında
İctimai Şura tərəfindən təşkil
olunan sayca 9-cu forumdur və 2021-ci il ərzində də əsasən pandemiyadan ziyan çəkmiş sektorlar
olmaqla, iqtisadiyyatın
müxtəlif sahələri
üzrə ictimai müzakirələrin və
digər tədbirlərin
təşkili davam etdiriləcək”, - deyə
KOBİA yanında İctimai
Şuranın sədri
Fərhad Qaraşov bildirib.
Onlayn forumda həmçinin qida biznesi sahəsində
fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin
problemləri müzakirə
olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd
edək ki, karantin rejimi ilə əlaqədar onlayn formatda təşkil olunmuş foruma İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri,
Kənd Təsərrüfatı
Nazirliyi, Qida Təhlükəsizliyi və
Dövlət Turizm agentliklərinin nümayəndələri,
qida və ictimai iaşə sektorunda çalışan
sahibkarlıq subyektləri
(qida və kənd təsərrüfatı
məhsullarının istehsalçıları,
qida idxalatçıları
və ixracatçıları,
market, restoran, kafe, hotel və
digər iaşə obyektləri) və biznes assosiasiyaları qatılıb.
Azərbaycan. - 2021.- 29 yanvar.- S. 5.