Dünyada son 100 ilin ən pis böhranı

 

 

 

Koronavirus pandemiyasının fəsadları ağır olacaq

 

 

 

Dünyanı cənginə almış yeni tip koronavirus can almaqda davam edir. Bir ölkədə COVID-19-a yoluxanların sayı artır, digərində azalır. Son məlumata görə, pandemiya başlayandan bəri Yer kürəsində koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçmişdir. Virusa yoluxanların təxminən dörddə biri ABŞ sakinləridir (25,7 milyon). Hindistan yoluxmuş adamların sayına (10,7 milyon) görə ikinci, Braziliya üçüncü (8,9 milyon), Rusiya dördüncüdür (3,7 milyon). Dünyada COVID-19-dan ölənlərin sayı 2,16 milyon nəfəri ötmüşdür.

 

Eyni zamanda koronovirusun yeni-yeni ştamları meydana çıxıb  ölkələrdə qitələrdə sürətlə yayılır. Bu yaxınlarda ABŞ-ın Minnesota ştatının sakinində virusun yeni təhlükəli variantı aşkarlanmışdır. O, bir müddət əvvəl Braziliyaya səyahət etmişdi. Laboratoriya analizləri gostərmişdir ki, Minnesota sakini koronavirusun “Brazil P.1” kimi tanınan ştammına yoluxmuşdur. Bu ştammın dərəcədə ağır olması hələ məlum deyil.

 

Xəstəliyə qarşı peyvəndləmə başlasa da, fəlakətin sovuşduğunu təsdiqləmək hələ çox çətindir. Belə ki, dünyanın bütün ölkələri peyvəndlə kifayət qədər təchiz edilməyib. Üstəlik, peyvəndin özü xəstəliyi tamamilə məhv etməyə qadir deyil. Ona görə bir sıra ölkələr hələ sərt karantin tədbirləri tətbiq edir, əhalinin sanitar-gigiyena qaydalarına əməl etməsini ön plana çıxarır.

 

Peyvəndləmə kampaniyasının uğurla nəticələnməsi üçün iki mühüm məsələni həll etmək lazım gələcək. Birincisi, planetin əksər regionlarında, hətta Avropada peyvənd çatışmazlığı müşahidə olunur. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen peyvənd istehsal edən şirkətləri təchizat öhdəliklərini tam yerinə yetirməyə çağırır. O, “Davos gündəliyi” virtual konfransında çıxış edərkən bildirmişdir ki, Avropa dünyada ilk COVID-19 peyvəndlərinin yaradılmasını dəstəkləmək üçün milyardlarla pul xərcləmişdir: “İndi firmalar borclarını yerinə yetirmək üçün təchizatı həyata keçirməlidir”.

 

Peyvəndləmə ilə bağlı başqa bir ciddi problem dərman preparatlarının dünya miqyasında ədalətli bölüşdürülməsidir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus yeni koronavirus peyvəndinin azgəlirli ölkələrdə ədalətli paylanmasını təmin etməyə çağırmışdır. O hesab edir ki, dərmanların bərabər paylanması hər bir ölkənin ortamüddətli uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Gebreyesus xəbərdarlıq etmişdir ki, azgəlirli ölkələrin peyvənd paylanmasında ədalətli yanaşmadan məhrum olacağı təqdirdə dünya fəlakətli mənəvi tənəzzülün astanasında olacaq: “Yeni araşdırmalar belə bir faktı nümayiş etdirir ki, bu təkcə mənəvi deyil, həm iqtisadi çoküş olacaq”.

 

Öz növbəsində Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa beynəlxalq ictimaiyyətə koronavirus peyvəndinin varlı yoxsul ölkələr arasında ədalətsiz paylanması ehtimalı ilə əlaqədar xəbərdarlıq etmişdir. O bildirmişdir ki, “peyvənd millətçiliyidövlətlərin pandemiyadan sonra bərpasına təhdid yaradır. Ramaposa vurğulamışdır ki, yalnız bəzi ölkələr öz əhalisini peyvəndləsə, bəşəriyyət koronovirusdan qurtula bilməyəcək ona görə dünya ictimaiyyətinin tərəfdaşlığı, həmrəyliyi vacibdir.

 

Digər tərəfdən, pandemiyanın davam etməsi dünya iqtisadiyyatının indiki vəziyyətinə gələcəyinə ciddi mənfi təsiri özünü göstərir. Artıq heç kimə sirr deyil ki, pandemiyadan çıxmaq üçün qısa müddət yox, uzun zaman lazım gələcək. Almaniya Kansleri Angela Merkel qeyd edir ki, “pandemiya cəmiyyətimizdə iqtisadiyyatımızda dərin iz qoymuşdur, gələcək illərdə həyatımıza təsir göstərməkdə davam edəcək”. BMT-nin baş katibi Antonio Quterriş “Davos gündəliyitədbirində çıxış edərkən koronavirus üzündən son 100 ildə dünyadaən pis iqtisadi böhranyaşandığını nəzərə çarpdırmışdır. O bildirmişdir ki, pandemiya insanlar arasında bərabərsizliyi, işsizliyi iqlim sabitsizliyini daha da artırmışdır. Baş katib hesab edir ki, bu gün dünyanın vəziyyətini kövrəklik kimi səciyyələndirmək olar. Yeri gəlmişkən, BMT-ninDünyanın iqtisadi vəziyyəti perspektivlərhesabatında qeyd olunur ki, dünya iqtisadiyyatı ötən il 4,3 faiz azalmışdır. Bu, 2009-cu il qlobal maliyyə böhranı dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

 

Pandemiyanın güclənməsi ilə əlaqədar başqa bir ümumi problem diqqəti cəlb edir. Bu, borc böhranıdır. Almaniyanın “Erlassjahr.de” Misereortəşkilatlarının birlikdə hazırladığıBorc hesabatı-2021” tədqiqatında bu barədə söhbət gedir.Erlassjahr.de”nin eksperti Kristina Rebayn hesabatı təqdim edərkən bildirmişdir ki, cari ilin əvvəllərində araşdırmada təmsil olunanqlobal Cənub”un 148 ölkəsindən 132-nin kritik dərəcədə yüksək dövlət borcu var. Bir il əvvəl belə ölkələrin sayı 124 idi. Özü ifrat borc problemi dünyanın təkcə yoxsul ölkələrini əhatə etmir. Siyahıya Şri-Lanka, Misir, Kolumbiya, Anqola Monqolustan da daxildir. Livan Zambiyada keçən il dövlət iflası başlamışdır. Ekspert qeyd etmişdir ki, koronavirus pandemiyası əvvəllər yüksək borcu olmuş ölkələri borc tələsinə qovub salır.

 

Koronavirusun yayılması şəraitində sosial gərginlik iqtisadi siyasi baxımdan firavan ölkələrdə artır. Məsələn, Niderlandda 22 yanvarda tətbiq olunmuş karantin tədbirlərinə etiraz aksiyaları davam edir. Komendant saatının tətbiqi bir çoxlarının xoşuna gəlmir. Ötən bazar ertəsi yüzlərlə niderlandlı gənc Amsterdam, Haaqa, Rotterdam, Zvolle digər şəhərlərdə koronavirus məhdudiyyətlərinə etiraz etmişdir. Bəzi hallarda etirazçılar hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum etmiş, binaların şüşələrini qırmış, avtobus dayanacaqlarını dağıtmış, mağazaları qarət etmişlər. Polis 150 nəfərdən çox adamı saxlamışdır.

 

 

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan. - 2021.- 29 yanvar.- S.7.