Azərbaycan Hərbi
Dəniz Qüvvələrinin
nümayəndə heyəti
Türkiyədə səfərdə
olub
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə
heyəti “Azərbaycan-Türkiyə
Hərbi Dəniz Qüvvələri arasında
8-ci Qərargah danışıqları”
toplantısında iştirak
etmək məqsədilə
Ankaraya səfər edib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
iki ölkənin hərbi dəniz qüvvələri arasında
əməkdaşlıq məsələləri
müzakirə olunub, qarşılıqlı təcrübə
mübadiləsinin əhəmiyyəti
vurğulanıb və
müxtəlif məsələlər üzrə
fikir mübadiləsi aparılıb. Səfər
zamanı nümayəndə
heyəti Türkiyə
Respublikasının banisi
Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni
- Anıtqəbiri ziyarət
edib, məzar önünə əklil qoyub və xatirəsini
ehtiramla anıb.
Azərbaycan. - 2021.- 29 yanvar.- S. 7.