Mərkəz
uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edəcək
Yanvarın
30-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə
telefonla zəng edib.
Dövlətimizin
başçısı Ağdam rayonunda Rusiya-Türkiyə
Birgə Monitorinq Mərkəzinin fəaliyyətə
başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik
edib.
Rusiya
Prezidenti təbrikə görə minnətdarlığını
bildirib.
Dövlət
başçıları bu Mərkəzin fəaliyyətinin
bölgədə uzunmüddətli sülhün və
sabitliyin təmin olunması işinə xidmət edəcəyini
vurğulayıblar.
Prezident
İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya
bəndinin müddəalarının icrası ilə
bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş
nazirlərinin müavinləri səviyyəsində
keçirilən görüşün əhəmiyyətini
qeyd ediblər.
Söhbət
zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya
dostluq münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə əminlik
bildirilib.
Azərbaycan. - 2021.-31 yanvar.- S.1.