Üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramının icra müddəti sona çatıb

 

 

 

Nəticələr nədən xəbər verir

 

 

 

Prezidentin 2011-ci il 15 dekabr tarixli sərəncamı ilə təsdiq edilən icra müddəti sona çatan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, həmçinin 2018-ci il 3 may tarixli sərəncamı ilə təsdiqlədiyi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramıölkənin aqrar sektorunda üzümçülüyün inkişaf strategiyasını müəyyənləşdirən mühüm dövlət sənədləridir.

 

Bu proqramlarda Azərbaycanda üzümçülüyün yenidən genişləndirilməsi, innovativ texnologiya əsasında inkişafı, sənaye miqyasında istehsal edilən müxtəlif çeşidli üzüm məhsullarının daxili dünya bazarlarına çıxarılmasının əsas istiqamətləri  göstərilmişdir.

 

Ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin artırılması rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının təmin edilməsi əsas iqtisadi prioritetlərdəndir. Üzümçülük isə aqrar sektorda iqtisadi baxımdan ən gəlirli sahələrdən biridir. Müasir dövrdə Azərbaycanda  üzüm istehsalı üçün yararlı torpaq şəraitinə malik olan təbii-iqtisadi bölgələrin mövcudluğu, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, ərazidə yerli üzüm sortlarının zəngin genofondu, mövcud işçi qüvvəsi, üzüm emalı sənayesi müəssisələrinin yerli xammala olan tələbatının ödənilməsi, həmçinin dünya bazarlarına yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümü müxtəlif şərab məhsullarının çıxarılması imkanları üzümçülüyün yenidən genişləndirilməsi problemini aktuallaşdırmışdır. Məhz buna görə müvafiq dövlət proqramlarında ölkə ərazisində üzümçülüyün yenidən inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

 

Bu yerdə yaxın keçmişə nəzər salaq: keçən əsrin 70-80-ci illərində Azərbaycanda irimiqyaslı üzüm plantasiyaları salınmış 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara, üzüm yığımı 2126,1 min tona, hektardan məhsularlıq isə ən yüksək həddə - 99,2 sentnerə çatmışdır.

 

Lakin 1985-ci ildə alkoqolizm sərxoşluğa qarşı mübarizə tədbirləri ilə bağlı qəbul edilmiş məlum qərardan sonra Azərbaycanın aqrar sektorunda aparıcı sahə olan üzümçülük şərabçılığa böyük zərbə vurularaq, 130 min hektardan çox məhsuldar üzüm bağları məhv edilmiş, 76 istehsal, 116 ilkin emal müəsisəsi fəaliyyətini dayandırmışdır. Sonrakı illərdə respublikamızda üzüm istehsalı ildən-ilə azalmağa başlamışdır. 1988-ci ildə 195,4 min hektardan 1254,3 min, 1990-cı ildə 181,4 min hektardan 1196,4 min, 1995-ci ildə isə 97,7 min hektar üzümlüklərdən 308,7 min ton məhsul toplanmışdır.

 

Yalnız qeyd etdiyimiz sənəd - “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramıölkədə üzümçülüyün inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Dövlət proqramında ölkə ərazisində müasir tipli yeni plantasiyaların salınması, kişmişi, süfrə texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tingçilik təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatları üçün əsas köməkçi materialların istehsalının təşkili başqa vəzifələr irəli sürülmüşdür. Sənəddə Azərbaycanda üzümçülük şərabçılığın inkişafının mövcud vəziyyətı,  nəzərdə tutulan görüləcək işlərin məqsəd vəzifələri, üzümçülüyün şərabçılığın inkişafının əsas istiqamətləri, maliyyələşmə mənbələri, gözlənilən nəticələr, nəzərdə tutulan işlərin həyata keçirilməsi üzrə tədbirlər planı hazırlanmış uğurla həyata keçirilməsinə başlanılmışdır. Üstündən 8 il keçdikdən sonra nəticələrə nəzər salaq: əgər 2012-ci ildə Azərbaycanda üzüm bağlarının ümumi əkin sahəsi 16,3 min hektar, məhsul yığımı 151 min ton, məhsuldarlıq 88,6  sentner olmuşdursa, 2018-ci ildə üzüm bağlarının əkin sahəsi 16,1 min hektar olmaqla toplanılan məhsul artaraq 167,6 min tona, məhsuldarlıq 92,8 sentnerə çatmışdır. 2020-ci ildə isə 16,1 min  hektar üzüm bağından 201,5 min ton məhsul toplanmışdır.

 

Qeyd edək ki, bu illərdə daha çox üzüm bağları Gəncə-Qazax rayonunda (4041,1 hektar), Dağlıq Şirvan bölgəsində (3107,1 hektar), Lənkəran inzibati ərazisində (1620,0 hektar), Naxçıvan MR- (1445,6 hektar) salınmışdır. Ölkədə yeni salınan üzümlüklərin 10,580 hektarı süfrə, 5506,3 hektarı texniki sortlardan ibarətdir.

 

Bu illər üzüm məhsullarının ixracına da diqqət artmışdır. Belə ki, 2019-cu ildə Azərbaycandan xarici ölkələrə  4168,3 ton (Rusiya Federasiyasına 4066,78, Ukraynaya 83,42, Qazaxıstana 14,21, Birləşmiş Ərəb Əmirliklərinə isə 3,9 ton) üzüm ixrac olunmuşdur.

 

Üzümçülük iqtisadi baxımdan gəlirli sahədir. Bir hektar üzüm bağından əldə olunan maddi gəlir müvafiq olaraq pambıqdan 2,7, dənli-paxlalı  bitkilərindən 3,9,  tərəvəz bitkilərindən 1,5,  bostan bitkilərindən 7,5, meyvə bağlarından 2,6 dəfə yüksəkdir. Azərbaycanın coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları isə üzüm plantasiyalarının maksimum sahəsinin 150 min hektara qədər artırılmasına, ildə yüksəkkeyfiyyətli 1-1,2 milyon ton üzüm istehsalına imkan verir. Üstəlik, işğaldan azad olunmuş cənub rayonlarımız üzümçülüyün genişləndirilməsi imkanlarını artırmışdır. Belə olan halda bu sahədən əldə edə biləcəyimiz qazancı hesablamaq çətin deyil.

 

Sözügedən dövlət proqramı çərçivəsində digər mühüm işlər görülmüşdür. Məsələn, bu dövr ərzində Abşeronda, Naxçıvan MR-, Şamaxıda, Cəlilabadda, Gəncə-Qazax digər üzümçülük bölgələrində müasir tipli yeni üzüm plantasiyaları salınmış, aqrotexniki qulluq istiqamətində yeni texnologiyanın tətbiqinə başlanılmış, çoxlu sayda modul tipli şərab zavodları yaradılmış, əhalinin süfrə qurudulmuş məhsullarla təminatı yaxşılaşdırılmış, emal sənayesi müəssisələrinin xammala olan tələbatının daxili məhsul istehsalı hesabına ödənilməsi təmin edilmiş, kənd əhalisinin maddi gəlirlərinin artmasına nail olunmuş, dövlət büdcəsinə yerli büdcəyə daxil olan maddi vəsaitin həcmi artmış, üzümçülük bölgələrində yaşayan əhalinin maddi-rifah sosial şəraiti yaxşılaşdırılmaqla kənd yerlərində yeni yerləri yaradılmışdır.

 

Son dövrlər Naxçıvan MR ərazisində üzümçülüyün genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Nehrəm kəndi inzibatı ərazisinin şərq hissəsində indiyə qədən ictifadəsiz qalan təpəliklərin şumlanaraq əkinə yararlı hala gətirilməsi nəticəsində 170 hektardan çox müasir tipli süfrə üzümü plantasiyalarının salınması dövlət proqramının icrasına layiqli töhfə olmuşdur.

 

O ki qaldı “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na, bu sənəd aqrar-sənaye kompleksinin ən rentabelli ən qədim sahələrindən olan şərabçılığın innovativ texnologiya əsasında inkişafına yönəlmişdir. Yenə tarixə nəzər salaq: keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu şərabçılıq məntəqələri sistemində 151 mindən artıq fəhlə mütəxəssis işləmiş, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı digər məhsullar istehsal olunmuşdur.

 

Bu gün ölkədə şərabçılığın inkişafı qarşıda duran əsas hədəflərdən biridir. Dünyada yüksəkkeyfiyyətli şərab istehsalında istifadə olunan texniki üzüm sortlarından Bayanşirə, Mədrəsə, Hənəqırna, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xərci, Qara aldərə, Naxçıvan qara üzümü, Dəvəgözü başqaları məhz Azərbaycanın üzüm genofonduna mənsubdur. Elə dövlət proqramının da məqsədi bu cür məşhur sortların hesabına 2025-ci ilə qədər ölkədə şərab şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsidir. Dövlət proqramında həmçinin şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum istifadə etməklə dünya standartlarına uyğun şərab məhsullarının ixracının 2025-ci ilədək 5 dəfə artırılması nəzərdə tutulmuşdur. Heç şübhəsiz ki, ölkənin aqrar sektorunda aparılan islahatlar dövlət tərəfindən verilən dəstək hesabına bu proqramda da qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək.

 

          

 

Varis QULİYEV,

 

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, aqrar elmləri doktoru

 

Azərbaycan. - 2021.-31 yanvar.- S.1; 7.