Ölkəmizdə koronavirusla
bağlı müsbət
tendensiya izlənilir
Dünyanın yeni növ koronavirusla
mübarizəsi davam edir. Mütəxəssislərin
araşdırmaları, həyata
keçirilən məhdudiyyətlər
və qadağalar hələ də bu qlobal bəlanı
birdəfəlik dəf
edə bilməyib. Dünyanın böyük,
iqtisadiyyatı, səhiyyə
sistemi yüksək inkişaf səviyyəsinə
çatmış ölkələri
belə, bu təhlükəli virusdan
qurtulmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının
açıqladığı statistika hər gün koronavirus qurbanlarının sayının
artdığını göstərir.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (26 512 193 nəfər), Hindistan (10
734 026 nəfər), Braziliya
(9 119 477 nəfər), Rusiya
(3 813 048 nəfər) və
Böyük Britaniyadır
(3 772 813 nəfər). Ümumilikdə
isə, Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına
əsasən, dünyada
102 635 172 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 2 216 418 xəstə
vəfat edib, 74 329 275
nəfər sağalıb.
Həyata keçirilən tədbirlər müsbət
nəticəsini verir
Azərbaycanda indiyədək 229935 nəfər
koronovirusa yoluxub. Bu təhlükəli virus səbəbindən
3119 nəfər həyatını
itirib. Yoluxanlardan 222
553-ü sağalıb. Aktiv
xəstə sayı
4263 nəfərdir.
Yaxşı haldır ki, ölkəmizdə koronavirusla
bağlı müsbət
tendensiya izlənilir. Həm yoluxma, həm də ölüm sayında azalmalar var. Bütün bunlar koronavirusa qarşı dövlət tərəfindən
davamlı olaraq həyata keçirilən
tədbirlərin, eyni
zamanda, vətəndaşların
üzərlərinə düşən
vəzifələrinə məsuliyyətlə
yanaşmalarının nəticəsidir.
“RİA Novosti”
agentliyinin nüfuzlu “Gallup İnternational”ın
(Müstəqil Tədqiqat
Agentliklərinin Beynəlxalq
Assosiasiyası) apardığı
araşdırmaya istinadən
yaydığı məlumatda
da Azərbaycan vətəndaşlarının hökumətin COVID-19-a qarşı
həyata keçirdiyi
mübarizə tədbirlərindən
razı olduğu əksini tapıb. Belə ki, noyabr-dekabr
aylarında “Gallup İnternational” müxtəlif
ölkələrdən olan
insanların 2021-ci il üçün gözləntiləri
barədə sorğu
keçirib. Layihə
çərçivəsində 47 ölkədə 44 mindən
çox insanın fikri dinlənilib. Xüsusilə respondentlərdən
koronavirusla mübarizədə
hökumətin fəaliyyəti
ilə bağlı fikirləri öyrənilib.
Araşdırmalardan məlum olub ki, ümumilikdə dünya əhalisinin 54 faizi vətəndaşı
olduğu dövlətin
koronavirus pandemiyası
ilə uğurla mübarizə apardığına
inanır, 42 faiz bu fikirləri bölüşmür. “Gallup
İnternational”ın tədqiqatında
bildirilib: “Hökumətin
pandemiyaya qarşı
apardığı mübarizə
ilə Vyetnam (100 faiz), Koreya (89 faiz), Hindistan və Azərbaycan (hər biri 86 faiz) sakinləri razıdır”. Sorğudan
məlum olub ki, hökumətin gördüyü tədbirlərdən
ən çox narazı qalan Ukrayna (77 faiz), Bosniya və Herseqovina (75 faiz), ABŞ
(67 faiz) sakinləridir.
Bununla belə, təcrübələr
göstərir ki, arxayınlaşmaq yenidən
vəziyyətin mürəkkəbləşməsinə
səbəb ola bilər.
Ölkəmizdə koronovirusla bağlı müsbət tendensiyanın
əldə olunması,
virusa yoluxma və ölüm sayında müşahidə
edilən azalmalar karantin rejimində bir sıra yumşaldılmaların
tətbiqi ilə nəticələnib. Sərtləşdirilmiş
xüsusi karantin rejimi çərçivəsindəki
məhdudiyyətlərin müəyyən
qismi yanvarın 18-dən
yumşaldılıb. Belə
ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,
həmin tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, icaze.e-gov.az portalı
və xidməti vəsiqə əsasında
tərk etmək sistemi ləğv edilib. Həmçinin muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi
məkanlarda müştərilərə
yerində xidmət və iri ticarət
mərkəzlərinin, “Mall”ların
fəaliyyəti istisna
olunmaqla), bərbərxanaların,
gözəllik salonlarının
fəaliyyətinə və
kosmetik xidmətlərə,
şəhərlərarası və rayonlararası hərəkətə isə
yanvarın 25-dən icazə
verilib.
Ümumtəhsil müəssisələrində isə fevralın 1-dən
əyani tədrisin mərhələli şəkildə
bərpa edilməsi qərara alınıb.
Bakı Metropolitenində sərnişindaşımanın
fəaliyyətinə tətbiq
olunan məhdudiyyət
isə qüvvədə
qalıb. Bütün
ölkə ərazisində
şənbə və
bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq
olunan məhdudiyyət,
eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunması nəzərdə tutulub. Virusun yayılmasının
və onun törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə
ölkə ərazisində
xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb.
Təəssüf ki, yumşalmalar zamanı virusun yenidən aktivləşməsi
dünya təcrübəsinin
acı nəticələrindəndir.
Səbəb isə bir çox vətəndaşın arxayınlaşaraq
pandemiyanın şərtlərinə
biganə yanaşmalarıdır.
Laqeydlik isə sonda hər zaman peşmanlıq gətirir.
Görülən tədbirlər söyləməyə
əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması
üçün zəruru
tədbirləri davam etdirir. Bütün ölkə ərazisində
şənbə və
bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq
olunan məhdudiyyətin
müddətinin martın
29-dək uzadılması da
bu tədbirlərdən
biridir.
Ölkə vətəndaşlarının da öz məsuliyyətlərini
dərk etmələri,
maska taxmaları, sosial məsafəni gözləmələri, gigiyena
qaydalarına riayət
etmələri zəruridir.
Bütün bunlar olmadan koronavirusa qarşı əldə olunan nailiyyətləri qoruyub saxlamaq, normal həyata qayıtmaq mümkünsüzdür.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan. - 2021.- 31 yanvar.- S.1; 8.