Ermənistanda Paşinyanın
fiziki məhvi üçün çağırışlar
edilir
Ermənistanın müharibədə məğlubiyyəti,
eləcə də ölkənin sosial-iqtisadi
vəziyyətinin daha
da ağırlaşması
hakimiyyətin nüfuzunun
xeyli aşağı düşməsinə səbəb
olub. Sıravi ermənilər daha əvvəlki kimi Paşinyana etimad göstərməsələr də,
müxalifətə də
inanmırlar. Bununla belə ölkədə siyasi qarşıdurmanın,
müxalifətlə hakimiyyət
arasında ziddiyyətlərin
daha da kəskinləşməsi
baş verir. Müxalifət Paşinyanın
istefası tələbi
ilə Yerevanda etiraz aksiyalarını davam etdirir.
Ermənistanın “Respublika” meydanında keçirilən növbəti
mitinqdə etirazçılar
hökumət binasına
soxulmağa çalışsalar
da, buna nail olmayıblar. Polis binanın bütün girişlərini
bağlayıb. Ermənistan
hökumətinin binasını
ələ keçirməyə
cəhd edən beş nəfər saxlanılıb. Ermənistan
İstintaq Komitəsindən
verilən məlumata görə, mitinq zamanı bir qrup şəxs icra orqanının binasını ələ keçirməyə çalışıb.
Hazırkı siyasi xaos fonunda
Ermənistanda idarəçilikdə
ciddi böhranlar baş verir. Bu da ölkənin
daim mövcud olmuş ənənəvi
problemlərini daha da dərinləşdirir. Belə ki, korrupsiya
Ermənistanın bütün
həyat sferalarında
kifayət qədər
dərin kök salıb.
Hətta o səviyyəyə gəlib
çatıb ki, ölkənin milli təhlükəsizliyinə böyük
təhdid yaradır. Bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir
və vaxtaşırı
verilən quru vədlərdən başqa
bir şey deyildir. Korrupsiyaya qarşı strategiya
hazırlansa da, təbliğat kampaniyaları
aparılsa da, məmur oliqopoliyası reallıqda bu problemlə mübarizənin
aparılmasına imkan
vermir. Əksinə, indiki siyasi xaosdan
istifadə edən məmurlar daha çox var-dövlət toplamaq üçün qanunsuzluğa yol verməkdən çəkinmirlər.
Buna qarşı çıxanlar elə hakimiyyətin təsir rıçaqları ilə
repressiv metodlara məruz qalır.
Bu arada isə Ermənistanda sabiq deputat Vaan Badasyan
həbs olunub. Yerevan məhkəməsi
Milli Təhlükəsizlik
Xidmətinin keçmiş
deputat barəsində
həbs qətimkan tədbirinin seçilməsi
ilə bağlı vəsatətini təmin edib. Buna səbəb
Badasyanın baş nazir Nikol Paşinyan
barəsində fikirləri
olub. Yanvarın 28-də jurnalistlərlə söhbət edən Vaan Badasyan deyib
ki, baş nazir Nikol Paşinyan
hakimiyyətdən getməlidir.
“Əgər getməsə,
onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi
təşkil etməyə
başlayacam”.
Bundan sonra Vaan
Badasyan Milli Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən
saxlanılıb və
Ermənistan Cinayət
Məcəlləsinin müvafiq
maddəsi ilə ittiham olunub. Göründüyü kimi, Ermənistanda
proseslər elə bir məcrada inkişaf edir ki, artıq cinayət məsuliyyəti
yaradan çağırışlar
edilir. Əslində bu Ermənistan
üçün qeyri-adi
hal deyil. Elə keçmiş hərbi xunta da hakimiyyəti bu yolla əldə
etmişdi.
Bu arada Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan Ermənistanda ordu günü ilə bağlı sualları cavablandırarkən deyib:
“Ordu generallar, zabitlər, əsgərlər,
hərbi texnika və mənəvi ruhdan ibarətdir. Bizim isə əsgərdən başqa bir şeyimiz yoxdur. Bir sözlə, bizim ordumuz yoxdur. İnsanlar ordunu bayram münasibətilə
təbrik edir, erməni zabitinin şərəfindən və
ordunun döyüş
qabiliyyətindən danışırlar.
Bu dərəcədə özünü aldatmağın
mənası nədir?
Bunu anlamıram” deyə o bildirib.
Onun sözlərinə
görə, ordunun erməni xalqını xarici təsirlərdən
qorumaq missiyası var idi: “Bu missiya
uğursuz oldu. Ordu ölkəni daxili düşməndən xilas
edə bilər.
Bunu da etmədi. Yəqin ki, son müharibədə
məğlub olmasına
baxmayaraq, milli qəhrəman və generallarının sayını
artıran yeganə ordu bizik. Orduda xidmət etməyən yüksək rütbəli
məmurları, fərarilik
edənləri və ordunun nə olduğunu bilməyənləri
təbrik edirlər.
Ordumuz qalmayıb. Bəziləri Yerablurda istirahət
edir, bəziləri ya əsirlikdədir, ya da itkin düşüb.
Onları təbrik edə
bilmirəm”.
Mikael Minasyanın sözlərində
həm həqiqət var, həm də
yalan. Yalan ondan
ibarətdir ki, Ermənistana qarşı hər hansı hərbi xarici müdaxilə olmamışdı.
Həqiqət isə odur ki, Ermənistan bəlkə də dünyada yeganə ölkədir ki, məğlub ordusunun zabit və əsgərlərini
təltif edib. Amma M.Minasyanın söyləmədiyi
bir həqiqət var.
Bu da ondan ibarətdir ki, Azərbaycan məhz onun qayınatası, müharibə
cinayətkarı və
keçmiş prezident
S.Sarkisyanın da yaradılmasında
iştirak etdiyi işğalçı ordunu
darmadağın edib.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2021.- 31 yanvar.- S.1; 8.