Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində
olan xüsusi əhəmiyyətli mədəniyyət
sərvətlərinin satılması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr
tarixli 4 nömrəli,
“Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə”
2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli
56 nömrəli, “Azərbaycan
xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə”
2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə
tədbirlər barədə”
2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
23 oktyabr tarixli 944 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003,
¹ 10, maddə 549; 2006, ¹ 9, maddə
743) ilə təsdiq edilmiş “Qeyri-dövlət
mülkiyyətində olan
xüsusi əhəmiyyətli
mədəniyyət sərvətlərinin
satılması Qaydası”nın
2-ci və 6-cı hissələrindən
“və Turizm” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
24 noyabr tarixli 4 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 11, maddə 634; 2006, ¹ 9, maddə 743; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
29 yanvar tarixli 16 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 22; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə
970; 2009, ¹ 2, maddə 59, ¹ 7, maddə 532, ¹ 12, maddə
983; 2010, ¹ 11, maddə 964; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə
493; 2015, ¹ 9, maddə 986; 2018, ¹ 5, maddə 924; 2020, ¹ 5, maddə
702) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin
8.8-3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.
4. “Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
23 aprel tarixli 56 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 4, maddə 236; 2006, ¹ 9, maddə 743) 2.1-ci bəndi
ləğv edilsin.
5. “Azərbaycan xalça sənətinin qorunması
və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 28 dekabr tarixli 344 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə
1113; 2006, ¹ 9, maddə 743) 1.1-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.
6. “Ailə kəndli təsərrüfatı haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə
tədbirlər barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
1 sentyabr tarixli 456 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 9, maddə 734; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464; 2017, ¹ 4, maddə
536) 1.3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın
və həmin bəndə “və yerli” sözlərindən
əvvəl
“, Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
7. “Teatr və teatr
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 2, maddə
95) 2.2-ci bəndindən “və
Turizm” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.2.