Azərbaycan Respublikası
Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə
və narkomanlığa
qarşı mübarizəyə
dair 2013-2018-ci illər
üçün Dövlət
Proqramı”nın təsdiq
edilməsi barədə”
2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan
Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14
fevral tarixli 273 nömrəli, “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr
tarixli 966 nömrəli,
“Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nın həyata
keçirilməsi ilə
bağlı Fəaliyyət
Planı”nın təsdiq
edilməsi haqqında”
2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının
Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyində “Şahdağ
Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında”
2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1.
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
24 iyun tarixli 2966 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 6, maddə
704; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 2 (II kitab), maddə 334, ¹ 9, maddə 1470; 2017, ¹ 3, maddə
353, ¹ 8, maddə 1521; 2019, ¹
2, maddə 256) ilə
təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və
narkomanlığa qarşı
mübarizəyə dair
2013-2018-ci illər üçün
Dövlət Proqramı”nın
4.4.30-cu və 4.4.32-ci yarımbəndlərinin
“İcraçı orqanlar”
sütunundan “və Turizm” sözləri çıxarılsın.
2.
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
14 fevral tarixli 273 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 2, maddə 161; 2020 ¹
8, maddə 1064) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Mədəniyyət Konsepsiyası”nın
6-cı hissəsinin beşinci
abzasından “və Turizm” sözləri çıxarılsın.
3. “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 29 dekabr tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 12, maddə
1640) 2-ci hissəsində “Mədəniyyət
və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
4.
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 1, maddə
39; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1470; 2017, ¹ 5, maddə
802, ¹ 8, maddə 1521; 2019, ¹ 3, maddə 443, ¹ 5, maddə
899, ¹ 11, maddə 1719; 2020,
¹ 8, maddə 1064) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nın həyata
keçirilməsi ilə
bağlı Fəaliyyət
Planı”nın 1.3-cü bəndinin
“İcraçılar” sütunundan
“və Turizm” sözləri çıxarılsın.
5.
“Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının
Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli 1243 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 5, maddə
601) 2-ci hissəsində “Mədəniyyət
və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 10
sentyabr tarixli 1401 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 9, maddə
1043; 2016, ¹ 2 (II kitab), maddə 344; 2020, ¹ 5, maddə
602) aşağıdakı dəyişikliklər edilsin;
6.1.
1-ci hissədə və
3.2-ci bənddə ismin
müvafiq hallarında
“Mədəniyyət və
Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
6.2. 2-ci hissədən
“və Turizm” sözləri çıxarılsın;
6.3.
3.3-cü bənddə “Əmlak
Məsələləri Dövlət
Komitəsinə” sözləri
“İqtisadiyyat Nazirliyinə”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29
yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.3.