Azərbaycan Respublikası Prezidentinin
“2013-cü il martın
11-də Zaqreb şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Xorvatiya Respublikasının
Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə”
2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı
Krallığının Turizm
və Qədim Abidələr üzrə
Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il
11 iyun tarixli 909 nömrəli, “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə İtaliya Respublikasının
Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr
tarixli 258 nömrəli,
“Azərbaycan Respublikası
hökuməti ilə
Argentina Respublikası
hökuməti arasında
mədəniyyət sahəsində
əməkdaşlıq haqqında
Sazişin təsdiq edilməsi barədə”
2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası
ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi
arasında 2016-2020-ci illər
üzrə mədəniyyət və incəsənət sahəsində
əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. “2013-cü
il martın 11-də Zaqreb
şəhərində imzalanmış
“Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”nun
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 3 may tarixli
885 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 5, maddə 506) 2-ci hissəsində
“Mədəniyyət və
Turizm Nazirliyi” sözləri “Dövlət
Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
2. “2013-cü
il martın 12-də Mədinə
şəhərində imzalanmış
“Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının
Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”nun
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 11 iyun tarixli 909 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 6, maddə
637) 2-ci hissəsində “Mədəniyyət
və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni
İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 9 sentyabr tarixli 258 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 9, maddə
1038) 2-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
4. “Azərbaycan Respublikası
hökuməti ilə
Argentina Respublikası hökuməti
arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 30 oktyabr tarixli 665 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 10, maddə
1137) 2-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikası
ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 30 oktyabr tarixli 666 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 10, maddə
1138) 2-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
6. “Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi
arasında 2016-2020-ci illər
üzrə mədəniyyət
və incəsənət
sahəsində əməkdaşlığa
dair Proqramın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 4 oktyabr tarixli 1057 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 10, maddə
1616) 2-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.3.