Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli
Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan
Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqları
vasitəsilə
qeyri-rezidentlərə elektron imza sertifikatının
verilməsi Qaydası”nın
və “www.azexport.az” internet
portalı haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə”
2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri
üçün Azərbaycan
Respublikası Prezidentinin
mükafatı haqqında
Əsasnamə”nin təsdiq
edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli
1642 nömrəli, “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə”
2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli
Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. “Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 16 iyun tarixli 1459 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 6, maddə
1075) 3-cü hissəsində “Mədəniyyət və
Turizm Nazirliyi” sözləri “Dövlət
Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 12
sentyabr tarixli 1598 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 9, maddə 1645; 2019, ¹ 6, maddə 1031) ilə təsdiq edilmiş
“www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin
4.2.4-cü yarımbəndindən “və Turizm” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 28
oktyabr tarixli 1642 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 10, maddə 1809; 2019, ¹ 5, maddə 830) ilə təsdiq edilmiş “İncəsənət xadimləri
üçün Azərbaycan
Respublikası Prezidentinin
mükafatı haqqında
Əsasnamə”nin 6-cı və
7-ci hissələrindən “və Turizm” sözləri çıxarılsın.
4. “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 12 (I kitab),
maddə 2341; 2018, ¹ 7 (I kitab),
maddə 1447) 2.2-ci bəndindən
“və Turizm” sözləri çıxarılsın.
5. “Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 5 aprel tarixli 1914 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 4, maddə
665) 3.4-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.3.