Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının
müdafiəsinə dair
Dövlət Proqramının
təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli,
“Avropa Şurasının
fəaliyyətinə və
Azərbaycan Respublikası
ilə Avropa Şurası arasındakı
əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli
364 nömrəli, “Birgə
kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası
tərəfindən səlahiyyətli
orqanın təyin edilməsi barədə”
2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət
qayğısının artırılması sahəsində əlavə
tədbirlər haqqında”
2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış,
yaxud qanunsuz aparılmış mədəniyyət
sərvətləri haqqında”
Konvensiyası üzrə
Azərbaycan Respublikası tərəfindən səlahiyyətli
orqan təyin edilməsi barədə”
2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında”
2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri”
tarix və mədəniyyət abidəsinin
qorunması haqqında”
2003-cü il 27 sentyabr tarixli
1343 nömrəli və
“Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramının
təsdiq edilməsi haqqında” 2004-cü il 11
noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 18
iyun tarixli 832 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 409; 2004, ¹ 1, maddə 19; 2006, ¹ 9, maddə
743; 2020, ¹ 8, maddə 1064) ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci, 3-cü, 10-cu, 16-cı, 20-ci
və 21-ci hissələrin
“İcra orqanları” sütununda “İcra Aparatı” sözləri “Administrasiyası” sözləri
ilə əvəz edilsin;
1.2. 7-ci hissənin
“İcra orqanları” sütununa “Elmlər” sözündən əvvəl
“Azərbaycan Milli” sözləri əlavə
edilsin;
1.3. 12-ci və
13-cü hissələrin “İcra
orqanları” sütunundan
“və Turizm” sözləri çıxarılsın;
1.4. 15-ci və
25-ci hissələr ləğv
edilsin;
1.5.
24-cü və
36-cı hissələrin “İcra
orqanları” sütununda
“İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri
Şirkəti” sözləri
“Administrasiyası, Mətbuat
Şurası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyəti” sözləri
ilə əvəz edilsin;
1.6.
26-cı hissənin “İcra
orqanları” sütununda
“İcra Aparatı,” sözləri “Administrasiyası,
Azərbaycan Milli” sözləri ilə, “Dövlət Televiziya və Radio Verilişləri
Şirkəti” sözləri
“Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyəti”
sözləri ilə əvəz edilsin və həmin sütundan “və Turizm” sözləri çıxarılsın.
2.
“Avropa Şurasının
fəaliyyətinə və
Azərbaycan Respublikası
ilə Avropa Şurası arasındakı
əməkdaşlığa dair məlumatların yayılması barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 18
mart tarixli 364 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 3 (II kitab), maddə
203; 2006, ¹ 9, maddə
743) 5-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
3.
“Birgə kino
istehsalı haqqında”
Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən
səlahiyyətli orqanın
təyin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 7, maddə
537; 2002, ¹
1, maddə 57; 2006, ¹ 9, maddə
743) 1-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
4.
“Kütləvi informasiya vasitələrinə
dövlət qayğısının
artırılması sahəsində
əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 27 dekabr tarixli 851 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
795; 2003, ¹ 10, maddə
585; 2004, ¹ 1, maddə 24; 2006, ¹ 9, maddə 743)
1-ci hissəsinin onuncu
abzasından “və Turizm” sözləri çıxarılsın.
5.
“Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun
(YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət
sərvətləri haqqında”
Konvensiyası üzrə
Azərbaycan Respublikası
tərəfindən səlahiyyətli
orqan təyin edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il
14 noyabr tarixli 1089 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 11, maddə 668; 2006, ¹ 9, maddə 743) adından və 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.
6. “Çıraqqala”
tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 6, maddə
324; 2006, ¹ 9, maddə 743) 3-cü hissəsindən “və Turizm” sözləri çıxarılsın.
7. “Şabran
şəhəri” tarix
və mədəniyyət
abidəsinin qorunması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 9,
maddə 517; 2006, ¹ 9, maddə
743) aşağıdakı dəyişikliklər edilsin;
7.1. 4-cü hissədə
“və Turizm Nazirliyinə” sözləri
“Nazirliyinə və Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyinə” sözləri
ilə, “etsin” sözü “etsinlər” sözü ilə, “görsün” sözü “görsünlər”
sözü ilə əvəz edilsin;
7.2. 5-ci hissədən
“və Turizm” sözləri çıxarılsın.
8.
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004,
¹ 11, maddə 940; 2005, ¹ 7, maddə 596; 2006, ¹ 9, maddə
743; 2007, ¹ 2, maddə
87; 2008, ¹ 3, maddə 168; 2009, ¹ 4, maddə 226; 2010, ¹ 2, maddə
80; 2011, ¹ 2, maddə 85; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2020, ¹ 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı”
çərçivəsində həyata keçiriləcək
Tədbirlər”də aşağıdakı
dəyişikliklər edilsin;
8.1. 5.2.3-cü yarımbəndə,
8.11-ci, 8.18-ci, 8.20-ci, 8.21-ci və 8.25-ci bəndlərə “Milli” sözündən əvvəl
“Azərbaycan” sözü
əlavə edilsin;
8.2.
5.2.5-ci yarımbəndin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Qida Təhlükəsizliyi
Agentliyi” sözləri
ilə əvəz edilsin;
8.3. 5.2.7-ci yarımbəndin
“İcraçılar” sütunundan
“və Turizm” sözləri çıxarılsın
və həmin sütuna “Səhiyyə Nazirliyi” sözlərindən
sonra “, Dövlət Turizm Agentliyi” sözləri əlavə
edilsin.
8.4. 5.2.8-ci yarımbəndin
“İcraçılar” sütununda “Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi”
sözləri ilə əvəz edilsin;
8.5. 5.1.14-cü, 5.2.17-ci və 5.2.19-cu yarımbəndlərin
“İcraçılar” sütununda “Tikinti” sözü “Şəhərsalma”
sözü ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29
yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 31 yanvar.- S.4.