Vətən müharibəsi iştirakçılarına  Müharibə veteranıadının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə

 

 

Nazirlər Kabinetinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Vətən müharibəsi iştirakçılarınaMüharibə veteranıadının verilməsi işinin təşkili üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

 

Komissiyanın sədri

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası B

 

nazirinin birinci müavini

 

Komissiya sədrinin müavini

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə səfərbərlik şöbəsinin müdiri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası əmək əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini

 

Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.

 

2. Komissiyaya tapşırılsın ki, Vətən müharibəsi iştirakçılarınaMüharibə veteranıadının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin müvafiq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

3. Müəyyən edilsin ki:

 

3.1. Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraqMüharibə veteranıadı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir;

 

3.2. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə işçi qruplar yarada bilər.

 

 

 

Əli ƏSƏDOV,

 

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Bakı şəhəri, 30 yanvar 2021-ci il

 

 

Azərbaycan. - 2021.- 31 yanvar.- S.4.