İdarələrarası MərkəzdəEnerji təminatı məsələləriüzrə İşçi Qrupunun iclası keçirilib

 

 

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın tərkibində İdarələrarası Mərkəz müvafiq sahələr üzrə İşçi qruplar fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdəYaşıl enerjikonsepsiyasının tətbiqi, enerji infrastrukturunun bərpası yenidən qurulması ilə bağlı konkret vəzifələr müəyyən edib, zəruri tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığı rəhbər tutularaq, İdarələrarası MərkəzdəEnerji təminatı məsələləriİşçi Qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, “Azəriqaz” İctimai Birliyinin Baş direktoru Ruslan Əliyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə İşçi Qrupunun iclası keçirilib.

Tədbirdə bu sahədə fəaliyyət göstərən qurumların işğaldan azad olunmuş ərazilərdə birgə koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji normaların gözlənilməsi və sair məsələlər müzakirə edilib, görüləcək işlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan. - 2021.- 31 yanvar.- S.5.