Rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi bu il daha geniş miqyas alacaq

 

 

 

Dövlət məşğulluq xidmətlərinin elektron infrastrukturunun qurulması, rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi prosesi bu il daha geniş miqyas alacaq. İşsiz işaxtaran şəxslər, işəgötürənlər üçün həmin xidmətlərin e-platformalardan təqdim olunmasında 2021-ci ildə bir sıra yeniliklər olacaq”.

Bunu Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa AbbasbəyliRəqəmsal məşğulluğa keçid aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflərmövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət sosial xidmətləri, o cümlədən məşğulluq xidmətləri sistemində geniş vüsət alan elektronlaşma proqramı bu sahədə müasir, çevik, eyni zamanda şəffaf idarəçiliyin xidmətlərin formalaşmasına yönəlib. Artıq ölkə üzrə bütün vakansiyalarMəşğulluqaltsistemində (MAS) toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib. İşsiz işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb.

M.Abbasbəyli  Əmək münasibətləri məşğulluqaltsistemi - ƏMAS adlı vahid əmək münasibətləri platformasının da qurulmaqda olduğunu deyib.

Diqqətə çatdırıb ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama monitorinq sistemi yaradılır.  E-əmək birjası yarmarkası, ictimai işlər portalı (works.gov.az) BACAR innovativ platforması üzrə işlərə başlanılıb.

Agentliyin sədri qeyd edib ki, bu elektron xidmətlər ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək. Bununla inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları əmək ehtiyatları balansı göstəriciləri, qeyri-formal məşğulluq sahəsində nəzarət risk əsaslı yoxlamalar, haqqı ödənilən ictimai işlərin vahid platformada toplanması, təlim, peşəyönümü peşə hazırlığı fəaliyyəti onlayn müstəviyə daşınacaq.

M.Abbasbəyli  2021-ci ildə işsiz işaxtaran şəxslər üçün dəstək tədbirlərinin əhatə dairəsinin genişlənəcəyini deyib. 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcəyini qeyd edib.

 

 

Azərbaycan. - 2021.-31 yanvar.- S.7.