Salyanlılar kommunal
xidmətlərdən razılıq
edirlər
Qışın oğlan çağıdır.
Havalar tez-tez dəyişir. Gah duman, çən gəlir, gah da yağış, qar yağır. Arana düşən qar ərisə də, dağlarda, quzeylərdə
ömrünü uzadır.
Bütün bunlar ayrı-ayrı sahələrdə
müəyyən çətinliklər
yaratsa da, ümumilikdə xeyirdir. Bunu bilən əhali qışın sərt, qarlı-şaxtalı
keçməsini arzulayır.
Bilir ki, evində işığı,
təbii qazı və içməli suyu olsa, çətinlik
çəkməyəcək.
Bu gün
nəinki şəhərlərdə,
rayon mərkəzlərində,
habelə kəndlərdə
əhali gün ərzində keyfiyyətli elektrik enerjisi alır, əvvəlki kimi qrafiklər, açılmalar,
kəsilmələr yoxdur.
Bu da təsadüfi
deyil. Azərbaycan qısa vaxtda elektrik enerjisi idxal edən ölkədən
onun ixracatçısına
çevrilmişdir. Azərbaycan
qazı indi Avropa ölkələrinə
nəql edilir. Yeni içməli su xətlərinin çəkilməsi, bunun
üçün müvafiq
qurğuların quraşdırılması
nəticəsində xüsusilə
Muğan zonasında camaatımızın içməli
su təminatı əsaslı şəkildə
yaxşılaşmışdır. Bütün bunlar adamlarda xoş ovqat, məmnunluq hissi yaradır. Nisbətən yaşlı
adamlar söhbət düşəndə göstərilən
sahələrdə heç
vaxt belə təminatın
olmadığını deyirlər.
Sabir Kərimov uzun illərdir ki, Salyan Raon Mərkəzi
Uşaq Xəstəxanasına
rəhbərlik edir. Sözügedən məsələ
ilə bağlı öz fikirlərini bizimlə bölüşdü:
“Yaxşı zamanda yaşayırıq. Azərbaycan inkişaf
edir, möhkəmlənir.
44 gönlük Vətən
müharibəsi bunu aydın göstərdi. Ən müasir silahlarla təchiz edilmiş ordumuz erməni işğalçılarını
torpaqlarımızdan qovub
çıxartdı. Bu
müharibə xalqımızın
birliyini, mübarizliyini
bir daha dünyaya nümayiş etdirdi. İnkişaf, tərəqqi
ölkəmizdə bütün
sahələrdə vardır.
Səhiyyəmiz durmadan
inkişaf edir. Adamlarımızın sosial
vəziyyəti ildən-ilə
yaxşılaşır. SSRİ-dən sonra insanların işıq, təbii qaz, işməli su ilə təminatında da kəskin problemlər vardı. Gün ərzində 5-6 saat elektrik enerjisi
verilirdi, o da aşağı gücdə.
Gərginliyin az olması ucbatından elektrik avadanlıqları tez-tez yanıb sıradan çıxırdı.
Yalnız şəhərlərə, rayon mərkəzlərinə
qaz xətti çəkilmişdi, amma
aylarla qaz verilmirdi. O vaxt kondisioner, kombi qızdırıcı sistemi
haqda adamlarda təsəvvür belə
yox idi. İndi isə başqa dövrdür, bunlarsız yaşamaq mümkün deyil”.
Maisə Abdullayeva isə belə deyir: “İşıq, qaz, içməli su təminatı hər bir ölkənin, xalqın həyatında yaşayış səviyyəsini
müəyyən edən
başlıca amildir. Tanrıya şükürlər
olsun ki, indi onlar sarıdan
problemimiz yoxdur. Yaşadığım Salyan
şəhərində əhali
davamlı və keyfiyyətli işıq, qaz və içməli
su sarıdan heç bir korluq çəkmir”.
Bəli, ölkəmizdə kifayət
qədər işıq
və təbii qaz vardır. Onu abonentlərə vaxtında və keyfiyyətli çatdırmaq
isə “Azərenerji”,
“Azəriqaz” və “Azərsu”nun, habelə onların yerlərdəki
təşkilatlarının işi və vəzifəsidir. Bu qış aylarında onların işi daha çətin olur. Hələlik Salyanda əhali bu çətinliyi elə də hiss etmir. İnanmaq
istərdik ki, qışın ən sərt ayı sayılan fevralda da belə olacaq,
kiçik çilə
həm əhaliyə,
həm də kommunal xidmət qurumlarına böyük problemlər yaşatmayacaq.
Seyran CAVADOV,
Azərbaycan. - 2021.-31 yanvar.- S.7.