Hacıqabulda ötən il 15 tondan çox bal istehsal olunub

 

 

 

Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda ilbəil arı ailələrinin sayı məhsul istehsalı artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 994 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 15-18 kiloqram götürülməklə, 15 ton 904 kiloqram məhsul əldə edilib. Rayon üzrə balın yarıdan çoxu rayonun Meyniman Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən arıçılar tərəfindən istehsal olunub.

 

Azərbaycan. - 2021.-31 yanvar.- S.7.