Tovuz fermerləri üzümçülüyün inkişafında maraqlıdırlar

 

 

 

Kənd təsərrüfatının əsas istiqamətlərindən olan üzümçülük şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahə yeni yaradılan yerlərinin sayına qazancına görə sərfəlidir.

 

Vaxtilə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində 2 milyon tonu ötmüşdür. Bu da öz növbəsində aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

 

Həmin illər Tovuz rayonunda 10 min hektara yaxın sahədə üzüm plantasiyaları salınaraq illik məhsul istehsalı 120 min tona çatdırılmış, rayon ərazisində 12 şərab emalı zavodu fəaliyyət göstərmişdir. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda da böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv olunmuş, insanlar bu gəlir mənbələrindən məhrum edilmişlər. Nəhayət, 15 dekabr 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramıtəsdiq edilərək icrasına başlanılmışdır.

 

Proqramın icrası istiqamətində Tovuz rayonunda da çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən rayon üçün ənənəvi olan bu sahənin dirçəldilməsi ilə bağlı torpaq mülkiyyətçiləri arasında geniş maarifləndirici işlər aparılmış, üzümçülüyün iqtisadi səmərəliyi təşviq olunmuşdur. Hazırda Tovuzda 794 hektar üzüm bağı vardır ki, bunun da 720 hektarı məhsul verir. Üzüm bağlarının 654 hektarı süfrə, 140 hektarı texniki üzüm sortlarıdır. Keçən il rayonda 17712 ton üzüm istehsal olunmuşdur. Məhsulun bir hissəsi rayonda fəaliyyət göstərən soyuduculara vurulmuş, qalan hissəsi daxili bazarlarda satılmışdır. Texniki sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən rayondakı üzüm emalı müəssisəsinə təhvil verilmişdir.

 

Hazırda üzüm bağlarının sahələrini genişləndirmək istiqamətində tədbirlər görülür. Bu işlər icra hakimiyyətinin diqqət mərkəzindədir. Elə bu günlər rayon rəhbərliyi sahələrdə aparılan becərmə işləri ilə yaxından tanış olmuş, üzümçülüyün inkişafı iqtisadi səmərəsi ilə bağlı fermerlərlə fərdi söhbətlər aparmış, intensiv üsulla salınan üzüm plantasiyalarının genişləndirilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparmışdır.

 

 

 

Sabir ƏLİYEV,

 

Azərbaycan. - 2021.-30 yanvar.- S.1; 5.