SSRİ
Xalq artisti Murad Kajlayevə
Hörmətli Murad Maqomedoviç!
90
illik yubileyiniz münasibətilə sizə
səmimi təbriklərimi
və ən xoş arzularımı qəbul edin.
Sizin
yaradıcılığınız sovet və Rusiya
musiqi mədəniyyəti
tarixində layiqli yer tutur. Çoxtərəfli
və parlaq ideyalarla zəngin bir insan kimi
siz müxtəlif janrlarda və üslublarda işləyərək
artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər
boyu yorulmadan təkcə bəstəkar
və dirijor kimi deyil, həm
də pedaqoq kimi çalışırsınız,
bütün gücünüzü,
dərin biliklərinizi
və qiymətli təcrübənizi gənc
nəslə verirsiniz.
Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını
öyrəndiyiniz Azərbaycanda
sizi sevir və yüksək qiymətləndirirlər. Sizə
doğma olan Bakının səhnələrində
keçirilmiş yaradıcılıq
gecələri istedadınızın
bütün pərəstişkarlarında
böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan
musiqisinin inkişafı
və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası
arasında musiqi sənəti sahəsində
əməkdaşlığın möhkəmlənməsi üzrə
səmərəli fəaliyyətinizə
görə Azərbaycan
Respublikasının “Dostluq”
(“Drujba”) ordeni ilə təltif edilmisiniz.
Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə
bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq
diləyir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 29 yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 30 yanvar.- S.2.