Azərbaycanın və
Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Yanvarın 29-da Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında
telefon danışığı
olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədə
mövcud olan vəziyyəti və 2020-ci il 10 noyabr, 2021-ci il
11 yanvar tarixli üçtərəfli bəyanatların
icrası ilə bağlı məsələləri
müzakirə ediblər.
Tərəflər
ikitərəfli münasibətlərin müxtəlif aspektləri,
həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən
BMT, ATƏT və digər çərçivələrdə
əməkdaşlıq məsələləri üzrə
fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı
qarşılıqlı maraq
doğuran digər məsələlər də
müzakirə olunub.
Azərbaycan. - 2021.-30 yanvar.- S.2.